Hidayətzadə Fatimeyi-Zəhra Zahid qızı 03 sentyabr 1998-ci ildə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda anadan olmuşdur. Orta təhsilini 2004-2015-ci illərdə Culfa rayon 3№li tam orta məktəbdə almışdır. Həmin ildə Naxçıvan Dövlət Universitetinin Təbiətşünaslıq və Kənd Təsərrüfatı fakültəsinin Biologiya müəllimliyi ixtisasına qəbul olub, 2019-cu ildə Naxçıvan Dövlət Universitetinin Biologiya müəllimliyi ixtisasını fərqlənmə diplomu ilə bitirmişdir. 2019-cu ildə Naxçıvan Dövlət Universitetinin Magistratura Mərkəzində Biologiya ixtisasının Botanika ixtisaslaşması üzrə magistratura təhsilinə qəbul olub, 2021-ci Biologiya ixtisasının Botanika ixtisaslaşmasını fərqlənmə diplomu ilə bitirmişdir. 10.12.2021-ci il tarixdən 01.03.2023-cü il tarixədək Culfa rayon Əbrəqunus kənd tam orta məktəbində kitabxana müdiri vəzifəsində çalışmışdır. 07.03.2023-cü il tarixdən 02.10.2023-cü il tarixədək Naxçıvan Dövlət Universitetinin “Əczaçılıq və biokimya” kafedrasında laborant vəzifəsində çalışmışdır. 02.10.2023-cü il tarixdən Naxçıvan Dövlət Universitetinin “Əczaçılıq və biokimya” kafedrasında baş laborant vəzifəsində çalışır.