Tarix filologiya fakültəsi 1967-ci ildə yaranmışdır. Tarix-filologiya fakültəsi 1995-ci ildən Tarix, Azərbaycan dili və ədəbiyyat, hüquqşünaslıq, kitabxanaçılıq, tarix və əlavə hüquq müəllimliyi təhsil ixtisasları fəaliyyət göstərmişdir. Hüquqşünaslıq ixtisası 1998-ci ildə İqtisadiyyat və hüquq fakültəsinin tabeliyinə verilmişdir.
Fakültədə Azərbaycan dilçiliyi, Azərbaycan ədəbiyyatı, Ümumi tarix, Azərbaycan tarixi kafedraları fəaliyyət göstərmişdir.
Fakültədə 2002-ci ildə Jurnalistika ixtisası açılmış, Jurnalistika və dünya ədəbiyyatı kafedrası yaranmışdır.
2009-cu ildə Kitabxanaçılıq kafedrası yaradılmış, 2018-ci ildə Jurnalistika və dünya ədəbiyyatı kafedrasına birləşdirilmiş, 2020-ci ildə o kafedradan ayrılmış Muzeyşünaslıq , arxiv işi və abidələrin qorunması kafedrasının tərkibinə verilmişdir.
2012-ci ildə Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması ixtisası açılmışdır.
Fakültədə “Tarix müəllimliyi”, “Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, “Tarix”, “Jurnalistika”, “Kitabxanaçılıq və informasiya”, “Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması”, “Filologiya” ixtisasları üzrə bakalavr hazırlığı həyata keçirilir.
Qiyabi şöbədə “Tarix”, “Kitabxanaçılıq və informasiya fəaliyyəti”, “Filologiya”, “Muzey, arxiv işi və abidələrin qorunması”, “Tarix”, “Filologiya” (Azərbaycan dili və ədəbiyyatı ) əlavə ali təhsil ixtisasları üzrə bakalavr hazırlıqları həyata keçirilir.
Hal-hazırda fakültədə “Azərbaycan tarixi”, “Azərbaycan dili və ədəbiyyatı”, “Ümumi tarix”, “Jurnalistika və xarici ölkələr ədəbiyyatı”, “Muzeyşünaslıq, arxiv işi və kitabxanaçılıq” kafedraları fəaliyyət göstərir.
Fakültə yarandığı gündən Fakültə Elmi Şurası yaradılmış, hazırda Elmi Şuranın sədri Arif Ağalarov, sədr müavini Qadir Əkbərov, elmi katib Abdulla Mustafayev, tərkibi 16 nəfərdən ibarətdir.
Fakültə dekanı: Filologiya üzrə fəlsəfə doktoru, dosent Arif Mamo oğlu Ağalarov
Tədris işləri üzrə dekan müavini: Tarix üzrə fəlsəfə doktoru, Qadir İsmayıl oğlu Əkbərov
Məsləhətçi professor: AMEAının müxbir üzvü, professor Hacıfəxrəddin Yəhya oğlu Səfərli
Akademik məsləhətçi (tyutor): Günay Adil qızı Ələkbərova
Aynur Bəhruz qızı Abbasova
Kompüter operatoru: Mahmudova Nahidə Paşa qızı
Fakültədə aşağıdakı ixtisaslar üzrə bakalavr hazırlığı həyata keçirilir:
Kafedralar
“ Azərbaycan dili və ədəbiyyatı ” kafedrası ali təhsilin bakalavriat pilləsində, “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” istiqaməti üzrə əsas aparıcı ixtisas kafedralarından biridir.
Gələcək mütəxəsislərin hazırlığında kafedra müxtəlif fənn üzrə tədris həyata keçirir. Tədris olunan fənlər yüksək ixtisaslı mütəxəsislər tərəfindən tədris olunur. Fənlərin tədrisinin keyfiyətini artırmaq, tədris prosesinin səmərəliliyini yüksəltmək üçün müasir təlimin müxtəlif texniki vasitələrindən və metodlarından istifadə olunur.
Azərbaycan ədəbiyyatı kafedrası 13 mart 1970-ci ildə APİ-nin Naxçıvan filialında fəaliyyət göstərir. “Azərbaycan ədəbiyyatı” kafedrası 31 may 1982-ci ildə təşkil olunmuşdur. 2018-ci ildə “Azərbaycan dilçiliyi” kafedrası nazirlər kabinetinin əmrinə əsasən “Azərbaycan ədəbiyyatı” kafedrasına birləşdirilib və “Azərbaycan dili və ədəbiyyatı” kafedrası yaranıb.
Kafedranın professor-müəllim heyətinin tərkibi 16 nəfərdən – 2 nəfər professor, 9 nəfər filologiya üzrə fəlsəfə doktoru, dosent, 3 nəfər filologiya üzrə fəlsəfə doktoru, baş müəllimdən ibarətdir. Kafedranın 2 texniki heyəti var: 1 “Azərbaycan dili və ədəbiyyatı” kabinəsinin müdiri, 1 nəfər kafedranın baş laborant.
Kafedraya rəhbərlik
“Azərbaycan dili və ədəbiyyatı” kafedrası 13 mart 1970-ci ildə APİ-nin Naxçıvan filialında fəaliyyət göstərməyə başlamışdır. 31 may 1982-ci il tarixədək “Azərbaycan dili və ədəbiyyatı” kafedrasına prof. Axundlu Yavuz İbrahimxəlil oğlu rəhbərlik etmişdir. 31 may 1982-ci il tarixdə “Azərbaycan dili və ədəbiyyatı” kafedrası ayrılaraq “Azərbaycan ədəbiyyatı” və “Azərbaycan dilçiliyi” kafedraları yaranmışdır.Həmin tarixdən 01 noyabr 2007-ci il tarixədək “Azərbaycan ədəbiyyatı” kafedrasına prof. Axundlu Yavuz İbrahimxəlil oğlu rəhbərlik etmişdir. Kafedraya 1 noyabr 2007-ci il tarixdən 8 sentyabr 2021-ci ilədək professor Qədimov Əsgər Nadir oğlu rəhbərlik edir. 2018-ci ildə “Azərbaycan dilçiliyi” kafedrası nazirlər kabinetinin əmrinə əsasən “Azərbaycan ədəbiyyatı” kafedrasına birləşdirilib və “Azərbaycan dili və ədəbiyyatı” kafedrası yaranıb. Kafedraya prof. Qədimov Əsgər Nadir oğlu 2021-ci il sentyabradək rəhbərlik edib. 6 sentyabr 2022-ci ildən kafedraya Vəliyev Elburus Əli oğlu rəhbərlik edir.
Kafedranın tərkib hissəsi
Naxçıvan Dövlət Universiteti yarandığı ilk gündən onun nəzdində “Tarix” kafedrası yaradılmışdır. Bu kafedra 1984-cü ildən “Azərbayca tarixi” kafedrası adlandırılmışdır.
Hal-hazırda həmin kafedrada 11 nəfər əməkdaş fəaliyyət göstərir. Bunlardan 4 nəfər elmlər doktoru, 2 nəfər professor, 4 nəfər dosent, 3 nəfər fəlsəfə doktoru, 2 nəfər müəllimdir. Kafedraya t.e.d, dosent Hüseynov Xəzər Allahverdi oğlu rəhbərlik edir.
1. Zəhmət Şahverdiyev 1984-1986
2. Mirhəşim Seyidov 1986-1990
3. Allahverdi Hüseynov 1990-2006
4. Zəhmət Şahverdiyev 2006-2022
5. Xəzər Hüseynov 2023-
Kafedranın professor – müəllim heyəti:
1. |
t.e.d,dosent |
|
2. |
AMEA-nın müxbir üzvü, professor |
|
3. |
AMEA-nın müxbir üzvü, professor |
|
4. |
t.e.d,dosent |
|
5. |
t.ü.f.d,dosent
|
|
6. |
t.ü.f.d,b.m |
|
7. |
t.ü.f.d,dosent |
|
8. |
t.ü.f.d,b.m |
|
9. |
t.ü.f.d,b.m |
|
10. |
Müəllim |
|
11. |
Müəllim |
|
12. |
Hacıyeva Əsli Adil qızı |
Kabinə müdiri |
13. |
Oruclu Nuranə Səfa qızı |
Laborant |
ÜMUMİ TARİX KAFEDRASI
Tarix kafedrası 1967-ci ildə yaradılmış tarix bölməsinin əsasında formalaşmışdır.
“Ümumi tarix” kafedrası rektorluğun 10 sentyabr 1992-ci il tarixli 160 №li əmri əsasında təşkil olunmuşdur.
“Ümumi tarix” kafedrasının professor-müəllim heyətinin tərkibi 8 nəfərdən – 5 nəfər tarix üzrə fəlsəfə doktoru, dosent, 1 nəfər tarix üzrə fəlsəfə doktoru, müəllim, 2 nəfər müəllimdən ibarətdir. Kafedranın 1 texniki heyəti var: kafedranın laborantı.
Kaferaya rəhbərlik
Tarix kafedrası 1967-ci ildə yaradılmış tarix bölməsinin əsasında formalaşmışdır. Tarix bölməsinə 1967-ci ildən 1970-ci ilə qədər direktor vəzifəsində işləyən dosent Əli Əliyev rəhbərlik etmişdir. O, 1970-1973-cü illərdə isə tarix kafedrası kimi formalaşan kafedraya rəhbərlik etmişdir.
Tarix kafedrasına 1973-1984-cü illərdə tarix elmləri namizədi, dosent Ziyad Təhməzov, 19 dekabr 1984-cü ildən 20 sentyabr 1986-cı ilədək dosent Zəhmət Şahverdiyev, 1986-cı ilin sentyabr ayından 27 oktyabr 1992-ci ilə qədər tarix elmləri namizədi Mirhəşim Seyidov rəhbərlik etmişdir.
Tarix kafedrası rektorluğun 10 sentyabr 1992-ci il tarixli 160 №li əmri Azərbaycan tarixi və Ümumi tarix kafedralarına ayrılmışdır.
27 oktyabr 1992-ci ildən 18 dekabr 1997-ci ilə qədər dosent Həmzə Cəfərov, 18 dekabr 1997-ci ildən may 2008-ci ilə qədər tarix elmləri namizədi, dosent İsmayıl Zeynalov rəhbərlik etmişlər. 2008-ci ildən 2018-ci il iyun ayınadək dosent Kəngərli İlqar İsmayıl oğlu kafedraya rəhbərlik etmişdir.
İyun 2018-ci ildən 27 noyabr 2023-cü ilədək tarix üzrə fəlsəfə doktoru, dosent Cabbarlı Ələkbər Həsən oğlu kafedraya rəhbərlik etmişdir.
27 noyabr 2023-cü il tarixdən dosent Bağırov Rəsul Bəşirəli oğlu kafedraya rəhbərlik edir.
Kafedra müdiri: tarix üzrə fəlsəfə doktoru, dosent Rəsul Bəşirəli oğlu Bağırov
Kafedranın professor-müəllim heyəti:
“Jurnalistika və xarici ölkələr ədəbiyyatı” kafedrası
“Jurnalistika və xarici ölkələr ədəbiyyatı” kafedrası ali təhsilin bakalavriat pilləsində, Jurnalistika ixtisası üzrə kadr hazırlayan kafedradır.
Universitetdə “Jurnalistika” ixtisası 2001-ci ildən fəaliyyət göstərir. Kafedra 2002-ci ildə “Jurnalistika və dünya ədəbiyyatı” kafedrası adı ilə təşkil olunmuşdur. 2018-ci ildən “Jurnalistika və kitbxanaçılıq”, 2020-ci ilin sentyabrından isə “Jurnalistika və xarici ölkələr ədəbiyyatı” kafedrası adı ilə regionda ali təhsilli jurnalist mütəxəssislərin yetişdirilməsində mühüm rol oynayır. Kafedraya 2001-2006-cı illərdə dos.İ.Cəfərov, 2006-2013-cü illərdə dos. S.Surə və 2013-cü ildən bu günədək filologiya üzrə fəlsəfə doktoru, dosent Şəhla Şirəliyeva rəhbərlik edir. Bölmənin ilk buraxılışı 2005-ci ildə olmuşdur.
Bölmənin professor-müəllim heyətinin tərkibi 7 nəfərdən ibarətdir.
Kafedra müdiri: filologiya üzrə fəlsəfə doktoru, dosent Şəhla Kifayət qızı Şirəliyeva
Kafedranın professor-müəllim heyəti:
“Muzeyşünaslıq, arxiv işi və kitabxanaçılıq” kafedrası
KAFEDRANIN TARİXİ
Naxçıvan Dövlət Universitetinin nəzdində “Muzeyşünaslıq, arxiv işi və kitabxanaçılıq “ kafedrası 2012-ci ildə yaradılmışdır. Hazırda kafedranın 11 əməkdaşı vardır. Bunlardan 1 nəfəri elmlər doktoru, 5 nəfəri fəlsəfə doktoru, 1 nəfəri Naxçıvan Muxtar Respublikasının əməkdar müəllimi, 2 nəfər müəllim və 1 nəfər laborantdır.
KAFEDRAYA RƏHBƏRLİK
Naxçıvan Dövlət Universitetinin rektorunun əmri ilə tarix üzrə fəlsəfə doktoru Əliyev Məmməd Həsən oğlu 2012-cı ilin sentyabr ayından etibarən kafedraya ictimai əsaslarla müdir təyin edilmişdir. 2015-ci ildən etibarən isə tam ştat kafedra müdiri təyin edilmiş və hal-hazırda kafedraya rəhbərlik edir.
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ TARİX - FİLOLOGİYA FAKÜLTƏSİ
ELMİ ŞURASININ YENİ TƏRKİBİ
a) Tutduqları vəzifələrinə görə üzv olanlar:
1. Ağalarov Arif Mamo oğlu (Sədr) - Dekan, dosent, filologiya üzrə fəlsəfə
doktoru
2. Əkbərov Qadir İsmayıl oğlu (Sədr müavini) - Dekan müavini, tarix üzrə fəlsəfə
doktoru
3. Mustafayev Abdulla Nəriman oğlu( Elmi katib) - Ümumi tarix kafedrasının dosenti,
tarix üzrə fəlsəfə doktoru
4. Vəliyev Elburus Əli oğlu - Azərbaycan dili və ədəbiyyatı
kafedrasının müdiri, filologiya üzrə
fəlsəfə doktoru, dosent
5. Şirəliyeva Şəhla Kifayət qızı - Jurnalistika və xarici ölkələr
ədəbiyyatı kafedrasının müdiri,
dosent filologiya üzrə fəlsəfə
doktoru, dosent
6. Əliyev Məmməd Həsən oğlu - Muzeyşünaslıq, arxiv işi və
kitabxanaçılıq kafedrasının müdiri,
dosent, tarix üzrə fəlsəfə doktoru
7. Bağırov Rəsul Bəşirəli oğlu - Ümumi tarix kafedrasının müdiri,
tarix üzrə fəlsəfə doktoru,
8. Hüseynov Xəzər Allahverdi oğlu - Azərbaycan tarixi kafedrasının müdiri,
Tarix elmləri doktoru, dosent
9. İsmayılov Nadir Qəşəm oğlu - Fakültə Həmkarlar İttifaqının sədri,
filologiya üzrə fəlsəfə doktoru
b) Seçki əsasında üzv olanlar:
10. Rəhimov Rafiq Vilayət oğlu - Azərbaycan tarixi kafedrasının dosenti,
tarix üzrə fəlsəfə doktoru
11. Cəfərov İman Zeynalabdin oğlu - Jurnalistika və xarici ölkələr
ədəbiyyatı kafedrasının dosenti,
filologiya üzrə fəlsəfə doktoru
12. Həşimov Əli Həsənqulu - Azərbaycan dili və ədəbiyyatı
kafedrasının dosenti, filologiya üzrə
fəlsəfə doktoru
13. Yaqubov Nicat Əsgər oğlu - Azərbaycan dili və ədəbiyyatı
kafedrasının dosenti, filologiya üzrə
fəlsəfə doktoru