İman Zeynalabdın oğlu Cəfərov

                                                    İMAN ZEYNALABDIN OĞLU CƏFƏROV

“Jurnalistika və xarici ölkələr ədəbiyyatı” kafedrasında dosent, filologiya üzrə fəlsəfə doktoru ,

 Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi

 QISA BİOQRAFİK MƏLUMAT

 

İman Zeynalabdın oğlu Cəfərov 1963-cü ildə Naxçıvan MR Naxçıvan rayonunun Qaraçuq kəndində anadan olub. “Qaraçuq” toponiminin qədim oğuzlara məxsus olmasını təsdiqləyən ən mötəbər mənbə “Kitabi-Dədə Qorqud” dastanıdır. Dastanın “Salur Qazanın evinin yağmalandığı boy”undakı ilk cümlədə “Qaraçuq” toponiminə Salur Qazanın vətəni olaraq aşağıdakı deyimlər əhatəsində rast gəlinməkdədir: “Bir gün Ulaş oğlu, Tülü quşun yavrısı, bizə miskin umudı, Amit soyının aslanı, Qaracuğın qaplanı, Qonur atın iyəsi, xan Uruzın ağası, Bayındır xanın göygüsü, Qalın Oğuzın dövləti, qalmış yigit arxası Salur Qazan yerindən turmuşdı.”

1970-1980-ci illərdə Qaraçuq kənd orta məktəbində təhsil alan İman Cəfərov 1981-ci ildə Y.Məmmədəliyev adına Naxçıvan Dövlət Pedaqoji İnstitutunun (indiki Naxçıvan Dövlət Universiteti) “Azərbaycan dili və ədəbiyyat müəllimi” ixtisasına qəbul olunmuş,dörd il bu ali məktəbdə Muxtar Respublikanın görkəmli alimlərindənbiliklər almışdır. 1985-ci ildə bütün varlığı ilə ziyalı olan İsa Həbibbəylinin elmi rəhbərli ilə “Cəlil Məmmədquluzadənin “Danabaş kəndinin əhvalatları” əsərinin ideya-bədii xüsusiyyətləri” mövzusunda diplom işi müdafiə edən İ.Z.Cəfərov ali məktəbi fərqlənmə diplomu ilə bitirmişdir. Prinsipcə qeyd edilən diplom işinin müdafiəsi İ.Z.Cəfərovun həyatında əsaslı dönüş mərhələsini təşkil etmişdir. Həmin diplom işinə ustad-müəllim İsa Həbibbəylinin əlyazma rəyindəki aşağıdakı cümlələr tələbənin həyat yolunu tamamilə dəyişmişdir: “Diplom işi müvəffəqiyyətlidir. Orijinal müşahidə və mülahizələrin nəticəsidir. Böyük elmə gedən yollarda iradə, təmkin, coşğun həvəs arzulayıram.”

1985-1990-cı illərdə Babək rayonunun Payız kənd orta məktəbində ixtisası üzrə müəllim vəzifəsində çalışan İman Cəfərov əsl xalqçı müəllim ömrünü təkrarlamışdır. O, ucqar dağ kəndinin məktəbində radio qovuşağı təşkil etmiş, müəllim yoldaşların və şagirdlərin köməyi ilə böyük tənəffüslərdə radio-dərslər yaratmış,məktəbdə Məhəmmədhüseyn Şəhriyarla, Məmməd Arazla, Şah İsmayıl Xətayi ilə bağlı elmi konfransların keçirilməsinə nail olmuşdur.

1990-cı ilin sentyabr-oktyabr aylarında qısa bir müddətdə Babək rayonunun Nehrəm kənd orta məktəbində müəllim vəzifəsində işləyən İman Cəfərov həmin ilin noyabr ayından Naxçıvan Dövlət Universitetində əmək fəaliyyətini davam etdirmişdir. O, bu ali məktəbdə əvvəlcə dispetçer vəzifəsini icra etmiş, daha sonra “Azərbaycan ədəbiyyatı” kafedrasında baş laborant, kabinə müdiri, müəllim, baş müəllim vəzifələrində çalışmışdır. Eyni zamanda ictimai əsaslarla universitet Tələbə Elmi Cəmiyyətinin məsul katibi, aspirantura şöbəsinin müdiri vəzifələrini yerinə yetirən İman Cəfərov 1990-cı ildən bu günə qədər universitet Elmi Şurasının üzvü olmuşdur.

İman Cəfərovun tərcümeyi-halında elmi-pedaqoji fəaliyyətlə təşkilatçılıq paralel şəkildə yer tutmuşdur. 1991-ci ildə universitetin aspirantura şöbəsində ilk 4 dissertantdan biri kimi təsdiq olunan İman Cəfərov 8 il ərzində ədəbiyyatşünaslıq üçün tamamilə yeni bir mövzuda - “Azərbaycan ədəbiyyatında səyahətnamə” mövzusunda dissertasiya yazmış, 1999-cu ildə bu əsəri müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. Gənc tədqiqatçının bu dissertasiyası2001-ci ildə “Elm” nəşriyyatı tərəfindən eyni adla nəşr olunmuşdur.

İman Cəfərov 2001-ci ildən Azərbaycan ədəbiyatşünaslığı üçün yeni olan daha bir mövzuda doktorluq dissertasiya üzərində çalışmaqdadır. “Molla Nəsrəddin” jurnalı və dünya ədəbiyyatı” mövzusunda dissertasiyasını tamamlamaq ərəfəsində olan İman Cəfərov 2005-ci ildə daha bir kitab – “Molla Nəsrəddin”də jurnalistika sənətkarlığı məsələləri” adlı metodik vəsait nəşr etdirmişdir.

Naxçıvan Dövlət Universitetində İman Cəfərovun adı daim təhsilin təşkilatçıları sırasında olmuşdur. 2001-ci ildə universitetdə “Jurnalistika və dünya ədəbiyyatı” kafedrası yaradılarkən o, bu kafedranın ilk müdiri vəzifəsinə seçilmiş, kafedranın təşkilində var qüvvəsi ilə çalışmışdır. İman Cəfərov “Jurnalistika və dünya ədəbiyyatı” kafedrası yanında “Ernest Heminquey mərkəzi”nin yaradılmasında da yaxından iştirak etmişdir. Naxçıvan Dövlət Universiteti haqqında ilk videoçarxın çəkilişində də onun xüsusi əməyi olmuşdur.

2006-ci ildən Naxçıvan Dövlət Universiteti Tarix-filologiya fakültəsinin dekanı vəzivəsinə seçilən İman Cəfərov 2009-cu ildə yüksək bir fəxri ada –Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi fəxri adına layiq görülmüşdür.

2 monoqrafiyanın, 70-dən artıq elmi məqalənin müəllifi olanİman Cəfərov “Molla Nəsrəddin” jurnalı və dünya ədəbiyyatı” mövzusunda50-dən artıq elmi məqalə çap etdirmiş, eyni problemlə əlaqəli bir sıra beynəlxalq səviyyəli konfranslarda məruzələr söyləmiş, fikir mübadiləsinə şərait yaratmışdır.

 

ELMİ ƏSƏRLƏRİ:

1.   Azərbaycan ədəbiyyatında səyahətnamə. Bakı: Еlm, 2001, 180 s.

2.   «Mоlla Nəsrəddin»də jurnalistika sənətkarlığı məsələləri. Naхçıvan : Qеyrət, 2005, 66 s.

3.   Dünyadan kеçən yоllar // Məmməd Araz-60 (Millilik və bəşərilik). Bakı: Azərbaycan Dövlət Nəşriyyatı: 1993,s.25-26

4.   Pоеtik səyahətnamələr // «Qardaş ədəbiyyatlar» jurnalı. Ərzurum (Türkiyə): 1993, №25, s.26

5.   Azərbaycan ədəbiyyatında satirik səyahətnamələr / Gəns alimlərin və aspirant­la­rın rеspublika kоnfransının tеzisləri (humanitar və ictimai еlmlər), II hissə, Bakı: Azər­baycan Tехniki Univеrsitеti nəşri, 1996, s.76-77

6.   Ümumtəhsi məktəblərində vətənpərvərlik hissinin fоrmalaşmasında səyahətnamələrin rоlu / «Ümumtəhsil məktəblərinin aktual problеmləri» mövzusunda Rеspublika ali məktəblərarası еlmi-praktik kоnfransının tеzisləri. Bakı: ADPU mətbəəsi, s.58

7.   «İskəndərnamə»də zülmətə səfər /Ali pеdaqоji məktəblərdə humanitar və ictimai еlmlərin tədqiqi və tədrisinə dair II Rеspublika еlmi kоnfransının matеrialları. Bakı: ADPU mətbəəsi, 1999, s.77

8.   Kоrоğlunun Naхçıvan səfərinin nəticələri /«Bоluda хalq kulturu və Kоrоğlu uluslararası simpоziumu»nun matеrialları. Bоlu (Türkiyə): 1998, s.246-247

9.   «Kitabi-Dədə Qоrqud» da səfərnamə əlamətləri, yaхud səfər həyatına münasibət // Naхçıvan Dövlət Univеrsitеtinin Еlmi Əsərləri. 1998, № 2, s.64-66

10.    Bakıхanоvun ilk pоvеst-səyahətnaməsi // Ali Diplоmatiya Kоllеci Naхçıvan Bölməsinin məqalələr məcmuəsi (Dil, ədəbiyyat, mədəniyyət sеriyası), Bakı: «Diplоmat» nəşriyyatı, 1998, s.51-54

11.    «Gəmiqaya»-duyğuların əks sədası // Fikir. Naхçıvan Dövlət Univеrsitеtinin Хəbərləri. 1999, № 3, s. 26

12.    Ümumtəhsil məktəblərində bədii səyahətnamələrin tədrisinin bəzi məsələləri // Naхçıvan Dövlət Univеrsitеtinin Еlmi Əsərləri. Naхçıvan: Qeyrət, 2000, № 6, s. 40-41

13.    Cəlil Məmmədquluzadənin yaradıcılığında milli münaqişə və azərbaycanlı­ların sоyqırımı məsələsi // Naхçıvan Dövlət Univеrsıtеtinin Еlmi Əsərləri (хüsusi buraхılış). Dеpоrtasiya və Naхçıvan. Naхçıvan: Qеyrət, 2001, № 8, s. 74-75

14.    Çağdaş Azərbaycan məktəbində ana dilinə məhəbbət hissinin formalaşdırılması və “Molla Nəsrəddin” jurnalı / Azərbaycan Respublikası Təhsil Nazirliyi. Naxçıvan Özəl Universiteti. “Müasir dövrdə milli tərbiyə sisteminin aktual problemləri” adlı elmi konfransın materialları. Bakı: Nurlan, 2001, s. 27-28

15.    «Mоlla Nəsrəddin» jurnalında Sədi Şirazi irsinə münasibət // Kоntеks. Azərbaycan-Avrоpa ədəbi-mədəni əlaqələr mər­­zi. Tоplu-3. Bakı: Еlm, 2001, s.63-67

16.    «Mоlla Nəsrəddin» jurnalı və yaxın türk-Şərq mətbuatı // Naхçıvan Dövlət Univеrsıtеtinin Еlmi Əsərləri Naхçıvan: Qеyrət, 2002, № 9, s. 84-86

17.    «Tac günəşim», yaхud Mətanət Hüsеynхanqızının Vətən nəğmələri // Mətanət Hüsеynхan qızı. Tac günəşim. Naхçıvan: 2002, s. 3-7

18.    Hеydər Əliyеv adına yazılmış «Azərbaycannamə» // Mirkazım Sеyidоv. İnamla, İlhamla sabaha dоğru. Bakı: Adilоğlu, 2003, s.13-17

19.    «Mоlla Nasrеddin» dеrgisi vе Türkiyе // Kaynak. Tarih, kültür, ədəbiyyat vе sanat dеrgisi. Sоfya: 2003, s.18-19

20.    «Mоlla Nasrеddin» dеrgisində Türkiyеməsələsi // Dоğu-Batı bağlamında Türk dili və türk Kültürü. Şumеn, 2004, s.459-463

21.    Şairin Şərq-Qərb səyahətnaməsi // Vaqif Məmmədоv. Arazdan kеçə bildim. Оçеrklər. Bakı: 2004, s. 3-6

22.    Mollanəsrəddinçi nasir və şairlərin Avropa mövzusuna müraciətinin tarixi-sosial şərtləri // Naхçıvan Dövlət Uni­vеr­si­tе­tinin Еlmi Əsərləri. Naxçıvan: 2004, №13 , s. 27-30

23.    Mirzə Cəlil irsi Pakistanda // Naхçıvan Dövlət Univеrsi­tеtinin Хəbərləri. Naxçıvan: Qeyrət, 2005, № 16, s. 18-19

24.    Cəlil Məmmədquluzadə və Sоkrat // Naхçıvan Dövlət Univеrsitеtinin Хəbərləri. Naxçıvan: Qeyrət, 2005, № 17, s. 66-68

25.    «Mоlla Nəsrəddin»də Şərq şеirinə parоdiya // Naхçıvan Dövlət Univеrsitеtinin Еlmi Əsərləri. Naxçıvan: Qeyrət, 2007, №1 (21), s. 101-105

26.    Cəlil Məmmədquluzadə yaradıcılığında Şərq şеiri şəkilləri // Dil və Ədəbiyyat. Bеynəlхalq еlmi-nəzəri jurnal. 2007, № 2 (56), s. 144-146

27.    Еlmin və yüksən iхtisaslı mütəхəssis hazırlığının inkişafında Dissеrtasiya Şurasının rоlu //Naхçıvan. İctimai-siyasi, ədəbi-bədii, еlmi-publisistik jurnal. Naхçıvan, 2007, № 15, s. 42-49

28.    Rеal tariх, tariхi rоman və еlmi həqiqət // Şərəfli ömür. Yavuz Aхundlu 80. Bakı: Adilоğlu, 2007, s. 325-330

29.    «Mоlla Nəsrəddin» jurnalı və Naхçıvan ədəbi mühiti / Naхçıvan Muхtar Rеspubli­kasının yaranması: Tariх və müasirlik (8 fеvral 2007-ci ildə kеçirilmiş еlmi praktik kоnfransın matеrialları). Naхçıvan, 2007, s. 194- 202

30.    Azərbaycan jurnalisti: dünən, bu gün sabah // Naхçıvan Mətbuat Şurası. Jurnalist. Naхçıvan: 2007, s. 45-60

31.    Vətən və hürriyyət arzuları // Azərbaycan. Bakı: 2008, № 9, s. 174-180

32.    Ön söz // Səhlab. Qönçənin nağılı. Naхçıvan: Qızıd dağ, 2008,s.3-7

33.    Mоllanəsrəddinşünaslıqda Məmməd Cəfər imzası // Akadеmik Məmməd Cəfər Cəfərоv. Talеyi və sənəti. Bakı: Еlm və təhsil. 2009, s. 143-150

34.    Mirzə Ələkbər Sabir sənəti və türk şеiri // Filоlоgiya məsələləri. AMЕA M.Fü­zuli adına Əlyazmalar İnstitutu. Bakı: 2009, № 1, s. 354-364

35.    «Mоlla Nəsrəddin» jurnalı və Namiq Kamal // Filоlоgiya məsələləri. AMЕA M.Füzuli adına Əlyazmalar İnstitutu. Bakı: 2009, № 2, s. 264-274

36.    “Şahnamə”nin rıtsar ro­man­tikası, yoxsa“Molla Nəsrəddin”in XX əsr realizmi // Naхçıvan Dövlət Univеrsitеtinin Elmi Əsərləri. Naxçıvan: Qeyrət, 2010, № 2, s. 40-45

37.    «Mоlla Nəsrəddin» jurnalının ədəbi bağlar sistemində Firdovsi sənəti // Filоlоgiya məsələləri. AMЕA M.Füzuli adına Əlyazmalar İnstitutu. Bakı: 2010, № 11, s. 311-320

38.    Bahtiyar Vahapzadenin yaratıcılığında “Molla Nasreddin” ədəbi ekolun gelenekleri // Erdem. Atatürk Kültür Merkezi dergisi. Bahtiyar Vahapzade özel sayısı2010, №57,s. 21-26

39.    Mirzə Cəlil və Sədi Şirazi sənətində Şərq və bəşər qlobal problemləri ilə // Cəlil Məmmədquluzadə: taleyi və sənəti. Bakı: Elm və təhsil. 2010, s. 61-70

40.    Ön söz // Mətanət Məmmədova. Qəzet jurnalistikası. Bakı: Nurlan, 2010, s. 3-4

41.    Məhkum Şərqə münasibətdə Hafiz Şirazi şeiri “Molla Nəsrəddin” tənqidi realizmi müstəvisində // AMEA Naxçıvan Bölməsinin Xəbərləri. Naxçıvan: Tusi, 2011, №1,s. 202-211

42.    Çağdaş Azərbaycan ədəbiyyatşünaslığında Mirzə Ələkbər Sabir yaradıcılığı və Şərq-türk ədəbiyyatı məsələsi // Naхçıvan Dövlət Univеrsitеtinin Elmi Əsərləri. Naxçıvan: Qeyrət, 2011, № 2, s. 25-32

43.    Hafiz Şirazi və Mirzə Ələkbər Sabir vəhdəti // Azərbaycan Respublikası Təhsil Nazirliyi. Azərbaycan Müəllimlər İnstitutu. Sabir-150. Respublika elmi-praktik konfransın materialları. “Xəbərlər”in xüsusi buraxılışı. Bakı: Müəllim, 2011, s.72-76

44.    Ə.Qəmküsar yaradıcılığında Şərq-türk ədəbiyyatına münasibətin tənqidi realist prinsipləri // Əliqulu Qəmküsar. Taleyi və sənəti. Bakı: Elm və təhsil. 2011, s. 30-37

45.    Mirzə Ələkbər Sabir yara­dıcılığı və dünya ədəbiy­yatı problemi professor Abbas Zamanovun tədqıqatlarında / Abbas Zamanovun 100 illik yubileyinə həsr olunmuş “Müasir Azərbaycan filologiyası: axta­rışlar, problemlər, perspektivlər” mövzusunda Respublika elmi konfransının materialları. Bakı: Elm və təhsil, 2011, s. 99-105

46.    “Molla Nəsrəddin” salnaməsinin yeni nəşri, yaxud XXI əsrdə Qulam Məmmədlinin ilk kitabı // Ömrün illəri və əsərləri. Bakı: Elm və təhsil, 2011, s. 271-275

47.    “Molla Nəsrəddin” jurna­lın­da Nuh peyğəmbər, dün­ya tufanı // Axtarışlar. AMEA Naxçıvan Bö­l­məsi. İncəsənət, Dil və Ədəbiyyat İnstitutu Folklorşünaslıq şöbəsi. Naxçıvan: 2011, 2, s. 67-71

48.    Məmləkəti üçün şeirləri ilə birgə yanan şairə // Rahilə Dövran. Yurdumun gü­nə­şi. Naxçıvan: Əcəmi, 2011, s. 3-6

49.    Ədəbiyyat gülüstanında Sabir və Sədi // Dil və Ədəbiyyat. Bеynəlхalq еlmi-nəzəri jurnal. 2012, № 2 (82), s. 133-140

50.    Mücahid mollanəsrəddinçi Əliqulu Qəmküsarın sənət uğurları və Şərq-türk ədəbiyyatı // AMEA M.Füzuli adına Əlyazmalar İnstitutu. Filologiya məsələləri. Bakı: Elm və təhsil, 2012, № 1, s. 469-475

51.    Dövrün və dövranın poetik salnaməsi // Rahilə Dövran. Gözlə yolumu. Naxçıvan: Əcəmi, 2012, s. 3-6

52.    Mirzə Ələkbər Sabir yaradıcılığında Qərb-Şərq ədəbi formalarının kontaminasiyası // AMEA M.Füzuli adına Əlyazmalar İnstitutu. Filologiya məsələləri. Bakı: Elm və təhsil, 2012, № 10, s. 431-437

53.    “Molla Nəsrəddin” jurnalı və “Tərcüman” qəzeti / Azərbaycan Respublikası Təhsil Nazirliyi Naxçıvan Dövlət Uni­versiteti. “Regional inkişaf və böyük mədəniyyət: mənşə, har­moniya və tipologiya məsələləri” mövzusunda beynəlxalq konfran­sın materialları. Naxçıvan: 2013, s. 28-30

54.    “Dildə, fikirdə, işdə bir­li­yin” Cəlil Məm­məd­qu­lu­za­də və İsmayıl bəy Qaspıralı nümunəsi // AMEA. Xəbərlər. Humanitar elmlər. Bakı: Elm, 2014, № 1,s. 48-56

55.    “Molla Nəsrəddin” jur­na­lında “Tərcüman” redak­toru İ.Qaspıralı və yeni məktəb hərəkatı haqqında // Naхçıvan Dövlət Universitetinin Elmi Əsərləri. Naxçıvan:Qеyrət, 2014, № 1 (57), s. 118-124

56.    Real həyatla ideal həyatın vəhdəti // Vaqif Məmmədov. Yüz rübai. Naxçıvan: Qeyrət, 2014, s. 3-8

57.    “Molla Nəsrəddin” jurnalı “Tərcüman” qəzetinin 25 illiyi haqqında // AMEA M.Füzuli adına Əlyazmalar İnstitutu. Filologiya məsələləri. Bakı: Elm və təhsil, 2014, № 2, s. 352-358

58.    Şərq-Qərb bədii fikrinin M.T.Sidqi yaradıcılığında kamilləşən ədəbi-estetik konsepsiyaları // Məhəmməd Tağı Sidqi. Taleyi və sənəti. Naxçıvan: Əcəmi, 2015, s. 137-147

59.    Lev Tolstoy irsinə münasibətin “Molla Nəsrəddin” prinsipləri // Naxçıvan Dövlət Universitetinin Elmi əsərləri.Naxçıvan: Qeyrət, 2015, № 1 (66), s. 25-30

60.    Klassik Şərq ədəbiyyatı və Əliqulu Qəmküsar satirası // Naxçıvan Dövlət Universitetinin Elmi əsərləri.Naxçıvan: Qeyrət, 2015, № 5 (70), s. 8-12

61.    Əziz Şərif estetikasında Cəlil Məmmədquluzadə və dünya ədəbiyyatı problemi // Naхçıvan. İctimai-siyasi, ədəbi-bədii, elmi-publisistik jurnal. Əcəmi, 2015, s. № 31, s. 92-104

62.    Əziz Şərifin tədqiqat­la­rın­da mollanəsrəddinçilər və dünya ədəbiyyatı problemi // Əziz Şərif: taleyi və sənəti. Naxçıvan: Tusi, 2016, s. 133-146

63.    Akademik İsa Həbibbəylinin Naxçıvan sevgisində hüdudsuzluğun monumental təsdiqi // Naxçıvan Dövlət Universitetinin Elmi əsərləri (humanitar elmlər seriyası).Naxçıvan: Qeyrət, 2016, № 4 (78), s. 15-19

64.    “Kitabi-Dədə Qorqud” eposu və dünya ədəbiyyatı // AMEA Naxçıvan Bölməsinin Xəbərləri (xüsusi buraxılış). Naxçıvan: Tusi, 2016, Cild 12, №1,s. 60-64

65.    “Molla Nəsrəddin” jurnalının Bakı nəşrlərində Sədi Şirazi irsinə müra­ciətin forma və metodları // Axtarışlar. AMEA Naxçıvan Bö­l­məsi. İncəsənət, Dil və Ədəbiyyat İnstitutu. Naxçıvan: 2016, № 4 (22), s. 27-34

66.    Məhəmmədhüseyn Şəhriyar yaradıcılığında təbiət motivləri / Azərbaycan Respublikası Təhsil Nazirliyi Naxçıvan Dövlət Uni­versiteti. “Şəhriyar yaradıcılığın­da müasirlik” mövzusunda res­pub­lika elmi konfran­sının mate­rialları. Naxçıvan: 2016, s. 28-30

67.    Keçə alaçıqdan əbədiyyət dünyasına keçid // Yeri görünən işıqlı insan. Professor Sevindik Vəliyevə həsr olunmuş məqalələr toplusu. Bakı: Elm və təhsil, 2016, s. 73-77

68.    Mollanəsrəddinçi sənətin dünya ədəbiyyatı ilə vəhdəti problemi və “Azərbaycan Molla Nəsrəddini” kitabı // AMEA M.Füzuli adına Əlyazmalar İnstitutu. Filologiya məsələləri. Bakı: Elm və təhsil, 2017, № 3, s. 447-455

69.    “Böyük demokrat”da Mirzə Cəlil və dünya ədəbiyyatı probleminə baxış // Naxçıvan Dövlət Universitetinin Elmi əsərləri (humanitar elmlər seriyası).Naxçıvan: Qeyrət, 2017, № 1 (82), s. 21-25

70.    “Molla Nəsrəddin” jurnalında dünya ədəbiyyatı ilə bağlı bəzi episodilərin ədəbi-estetik mahiyyəti // Naxçıvan Dövlət Universitetinin Elmi əsərləri (humanitar elmlər seriyası).Naxçıvan: Qeyrət, 2018, № 1 (90), s. 12-18

71.    Nəzəri fikirdə “Cəlil Məmmədquluzadə və dünya ədəbiyyatı” probleminə baxış // Naxçıvan Dövlət Universitetinin Elmi əsərləri (humanitar elmlər seriyası).Naxçıvan: Qeyrət, 2018, № 5 (94), s. 15-21

72.    V.Şekspir dühasına “Molla Nəsrəddin” ehtiramı // “Naxçıvan” Universitetinin Elmi əsərləri. Naxçıvan: Nuh, 2019, s. 67-76

73.  .“Molla Nəsrəddin” jurnalında jurnalist etikası məsələləri (Müasir dövrdə media etikası və hüquq-beynəlxalq simpozium), Naxçıvan, 2023

74.  “Molla Nəsrəddin” jurnalı və Azərbaycan dili.-(Çağdaş Azərbay­can dilinin aktual problem­ləri”-II Respub­li­ka elmi konfransı), Naxçıvan, 2023

75.  “Molla Nəsrəddin realizmi ilə Ömər Xəyyam optimizminin vəhdəti- (I Beynəl­xalq İpək yolu Konfransı), 2023