Sənədlərlə və müraciətlərlə iş sektoru

Naxçıvan Dövlət Universitetində  Sənədlərlə və müraciətlərlə iş sektoru 1967-ci ildən fəaliyyət göstərir. Universitetə daxil olan, eləcə də buradan göndərilən məktublar və digər sənədlər, ali məktəb həyatının bütün sahələri ilə əlaqədar olan əmrlər, həmçinin müvafiq arayışlar dəftərxanada qeydiyyata alınır, lazımi sənədlərin surətləri aid struktur bölmələrə çatdırılır.

Təlimatlarda nəzərdə tutulan müddətdən sonra aid sənədlər Sənədlərlə və müraciətlərlə iş sektorundan  müvafiq qaydada universitet arxivinə təhvil verilir.

 

Emin Məmmədov Məmmədəli oğlu

Sektor müdiri

Maya Quliyeva Qaçay qızı

Baş mütəxəssis (elektron sənəd dövriyyəsi üzrə)

Gülnarə Kətanova Vüqar qızı

Mütəxəssis-kargüzar

Nüşabə Hüseynova Tofiq qızı

Kompüter operatoru

 
ARXİV

İdarə, təşkilat və müəssisələrin fəaliyyəti nəticəsində yaranan və Milli arxiv fonduna daxil olan arxiv sənədləri “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsində göstərilən müddətlər başa çatdıqdan sonra daimi mühafizə üçün müvafiq dövlət arxivlərinə təhvil verilir. Naxçıvan Dövlət Universitetinin arxivi 1967– ci ildən 2017-ci ilə qədər bütün sənədləri MR Naxçıvan Dövlət Arxivinə təhvil verib. Hal hazırda Naxçıvan Dövlət Universitetinin arxivində 2018-2025-ci ilə qədər sənədlər qorunub mühafizə olunur.

Arxivdə olan sənədlər 2018-2025-ci ilə qədərdir. 

      Arxivçi: Günel Axundova Ələddin qızı

      Tel: +994771850815