Yusif Məmmədəliyev adına tədris-tədqiqat mərkəzi kimya sahəsində tədris prosesinin elmi-tədqiqat fəaliyyəti ilə əlaqələndirilməsi məqsədilə fəaliyyət göstərir. Mərkəz tələbələrin nəzəri biliklərinin praktik təcrübə ilə möhkəmləndirilməsini, onların eksperimental və tədqiqat bacarıqlarının formalaşdırılmasını, həmçinin kimya sahəsində müasir elmi yanaşmaların tədris prosesinə inteqrasiyasını təmin edir.
Mərkəzdə tədris proqramlarına uyğun laboratoriya məşğələləri, praktiki təcrübələr və elmi-tədqiqat xarakterli işlər təşkil olunur. Bu fəaliyyət çərçivəsində tələbələr müxtəlif kimyəvi proseslərin öyrənilməsi, maddələrin alınması və xassələrinin tədqiqi, analitik və tətbiqi kimya istiqamətlərində praktiki bilik və bacarıqlar əldə edirlər. Mərkəz həmçinin tələbələrin elmi-tədqiqat fəaliyyətinə cəlb olunmasına, onların analitik düşünmə və eksperimental işləmə vərdişlərinin inkişafına dəstək göstərir.
Mərkəzin fəaliyyət istiqamətləri tədris prosesinin keyfiyyətinin yüksəldilməsinə, tələbələrin elmi potensialının inkişafına və onların gələcək peşə fəaliyyətinə hazırlanmasına yönəldilmişdir. Bu məqsədlə mərkəzdə müxtəlif elmi seminarlar, praktiki məşğələlər və maarifləndirici tədbirlər təşkil olunur, tələbələrin elmi təşəbbüsləri və tədqiqat fəaliyyətləri dəstəklənir.
Mərkəzin qarşısında aşağıdakı vəzifələr durur:
- kimya və kimya texnologiyası sahəsində tədris prosesinin praktik və elmi-tədqiqat fəaliyyəti ilə əlaqələndirilməsi;
- tələbələrin laboratoriya və eksperimental tədqiqat bacarıqlarının inkişaf etdirilməsi;
- kimya sahəsində aparılan elmi-tədqiqat işlərinin təşkili və tələbələrin bu prosesə cəlb olunması;
- tədris prosesində müasir elmi yanaşmaların və innovativ metodların tətbiqinin təşviq edilməsi;
- kimya sahəsində elmi seminarların, praktiki məşğələlərin və maarifləndirici tədbirlərin təşkili;
- tələbələrin elmi yaradıcılıq fəaliyyətinin və təşəbbüslərinin dəstəklənməsi;
- tədris və tədqiqat fəaliyyəti ilə bağlı kafedralar və digər struktur bölmələrlə əməkdaşlığın təşkili.
Mərkəzin strukturu:
Hüseynova Pəri Asif qızı- mərkəzin müdiri (həvalə)
Hüseynova Pəri Asif qızı- laboratoriya müdiri
Əliyeva Qızıllı Mustafa qızı- laboratoriya müdiri
Qocayeva Aygün Elbrus qızı - laboratoriya müdiri
Qasımova Gülçin Həsən qızı - laboratoriya texniki
İsgəndərova Vüsalə Qüdrət qızı - laboratoriya texniki