STRATEJİ İNKİŞAF VƏ KEYFİYYƏT TƏMİNATI BÖLMƏSİ

Strateji inkişaf və keyfiyyət təminatı bölməsi 07 aprel 2023-cü ildən fəaliyyət göstərir.

Bölmənin fəaliyyət İstiqamətləri.

NDU-nun strateji inkişaf planının icrasını həyata keçirmək;

NDU-nun strateji inkişaf planında göstərilən məqsəd və hədəflərinə nail olmaq;

 Strateji inkişaf planının (SİP) icrası üzrə universitetin fakültə, şöbə və struktur bölmələri arasında koordinasiyanın təşkil etmək;

Universitetdə tədris prosesinin təşkili,  tədqiqat və innovasiya mühiti, mövcud problemlər və onların həlli yolları ilə bağlı akademik heyət arasında, tədrisin keyfiyyətini qiymətləndirmək üçün təhsilalanlar arasında məmnuniyyət sorğuları keçirmək və sorğuların nəticələrini analiz edərək tədbirlər paketi hazırlamaq və icrasına nəzarət etmək;

Tədrisin təşkilinə, tədris-proqram sənədlərinin və metodiki materiallarının keyfiyyətinə nəzarət etmək;

Keyfiyyət Təminatı ilə bağlı məsələlərdə mövcud komissiyalar, rəhbərlik və maraqlı tərəflər arasında koordinasiyanı təşkil etmək;

Bölmənin fəaliyyətinə aid məsələlər üzrə keçirilən müxtəlif səviyyəli tədbirlərdə Universiteti təmsil etmək;

Universitetdə yaradılmış komissiyalarda, işçi qruplarında təmsil olunmaq və onların işində iştirak etmək;

Qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərmək.

Bölmənin fəaliyyətinin təşkili.

Bölmənin strukturunu və ştat vahidlərinin sayını Universitetin rektoru təsdiq edir.

Bölməyə Universitetin rektorunun əmri ilə təyin olunmuş bölmə müdiri rəhbərlik edir.

Tabeliyində olan əməkdaşlar arasında iş bölgüsü aparır, onların fəaliyyətini əlaqələndirir, əmək və icra intizamına riayət etmələrinə nəzarət edir;

Bölməyə həvalə olunmuş vəzifələrin icrasını təmin etmək məqsədilə tərtib edilmiş iş planında nəzərdə tutulmuş tədbirlərin vaxtında və keyfiyyətlə həyata keçirilməsinə nəzarət edir;

Bölmə üzrə Universitetin Elmi Şurasında müzakirə olunmalı məsələləri müəyyən edir və bu barədə təkliflərini Universitetin rəhbərliyinə təqdim edir;

Bölmənin əməkdaşları barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsi üçün Universitetin rəhbərliyinə təqdimatlar verir;

Bölmənin vəzifələrini yerinə yetirmək üçün səlahiyyətləri daxilində Universitetin digər strukturlarından zəruri məlumat və sənədləri alır;

Bölmənin strukturu:

Bölmə rəhbəri:

Kərimova Sevinc Şahbaz qızı.

Kərimova (Bağırova) Sevinc Şahbaz qızı 9 oktyabr 1982-ci ildə Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Çomaxtur kəndində anadan olmuşdur.

1988-ci ildə Şərur rayon Çomaxtur kənd tam orta məktəbinin 1ci sinfinə daxil olmuş, 1999-cu ildə Şərur rayon Məhərrəm Seyidov adına 2 nömrəli tam orta məktəbi bitirmişdir.

1999-cu ildə Naxçıvan Dövlət Universitetinin kimya ixtisasına qəbul olmuş, 2003-cü ildə həmin ixtisası müvəffəqiyyətlə bitirmişdir.

Bir il orta məktəbdə (Şərur rayon Dərvişlər kənd tam orta məktəbi) pedoqoji fəaliyyətdən sonra S.Kərimova yenidən (2004-cü il) Naxçıvan Dövlət Universitetinin magistr pilləsində fiziki-kimya ixtisası üzrə təhsil almağa davam etmişdir. Təhsil aldığı müddətdə Çomaxtur kənd və Dərvişlər kənd tam orta məktəblərində pedoqoji fəaliyyətini davam etdirmişdir.

2006-cı ildə Naxçıvan Dövlət Universitetinin fiziki-kimya ixtisası üzrə magistr pilləsini müvəffəqiyyətlə bitirmişdir.

2006-2008-ci illərdə orta məktəbdə kimya müəllimi olaraq pedoqoji fəaliyyətdə olmuşdur.

2008-ci il Naxçıvan Dövlət Universitetinin Kimya kafedrasında laborant olaraq çalışmağa başlamışdır. 2011-ci ildə baş laborant vəzifəsinə təyin edilmişdir.

2012-ci ildə Kimya kafedrasının tam ştat müəllimi vəzifəsinə təyin edilmişdir. 2022-ci ildə isə kimya kafedrasının baş müəllimi olaraq təyin olunmuşdur.

07.04.2023 cü ildə isə Naxçıvan Dövlət Universitetinin Keyfiyyətin Təminatı Bölməsinə müdir vəzifəsinə təyin edilmişdir.

Naxçıvan Dövlət Universitetinin dissertantıdır. 15 elmi məqalənin, 1 ədəd publisistik məqalənin müəllifidir.

“Əlavə funksional qrupları olan fenol törəmələrinin ikifazalı elektrolit-karbohidrogen sistemlərində poladın korroziyasına qarşı inhibitor təsirinin tədqiqi” adlı dissertasiya mövzusu üzərində çalışır.

2018-ci ild’n YAP-ın üzvüdür

Ailəlidir. İki qız övladı var.

Bölmədə üç əməkdaş fəaliyyət göstərir:

Strateji inkişaf üzrə mütəxəssis: Sadıqov Lətif Adil oğlu

Keyfiyyət təminatı üzrə mütəxəssis: Qənbərova Ayşən Musa qızı

Dayanıqlı inkişaf üzrə mütəxəssis: Əhmədov Sənan İlham oğlu.