gulaytahirli@ndu.edu.az
“Jurnalistika və xarici ölkələr ədəbiyyatı” kafedrasında müəllim
ÜMUMİ TARİX KAFEDRASI
Tarix kafedrası 1967-ci ildə yaradılmış tarix bölməsinin əsasında formalaşmışdır.
“Ümumi tarix” kafedrası rektorluğun 10 sentyabr 1992-ci il tarixli 160 №li əmri əsasında təşkil olunmuşdur.
“Ümumi tarix” kafedrasının professor-müəllim heyətinin tərkibi 8 nəfərdən – 5 nəfər tarix üzrə fəlsəfə doktoru, dosent, 1 nəfər tarix üzrə fəlsəfə doktoru, müəllim, 2 nəfər müəllimdən ibarətdir. Kafedranın 1 texniki heyəti var: kafedranın laborantı.
Kaferaya rəhbərlik
Tarix kafedrası 1967-ci ildə yaradılmış tarix bölməsinin əsasında formalaşmışdır. Tarix bölməsinə 1967-ci ildən 1970-ci ilə qədər direktor vəzifəsində işləyən dosent Əli Əliyev rəhbərlik etmişdir. O, 1970-1973-cü illərdə isə tarix kafedrası kimi formalaşan kafedraya rəhbərlik etmişdir.
Tarix kafedrasına 1973-1984-cü illərdə tarix elmləri namizədi, dosent Ziyad Təhməzov, 19 dekabr 1984-cü ildən 20 sentyabr 1986-cı ilədək dosent Zəhmət Şahverdiyev, 1986-cı ilin sentyabr ayından 27 oktyabr 1992-ci ilə qədər tarix elmləri namizədi Mirhəşim Seyidov rəhbərlik etmişdir.
Tarix kafedrası rektorluğun 10 sentyabr 1992-ci il tarixli 160 №li əmri Azərbaycan tarixi və Ümumi tarix kafedralarına ayrılmışdır.
27 oktyabr 1992-ci ildən 18 dekabr 1997-ci ilə qədər dosent Həmzə Cəfərov, 18 dekabr 1997-ci ildən may 2008-ci ilə qədər tarix elmləri namizədi, dosent İsmayıl Zeynalov rəhbərlik etmişlər. 2008-ci ildən 2018-ci il iyun ayınadək dosent Kəngərli İlqar İsmayıl oğlu kafedraya rəhbərlik etmişdir.
İyun 2018-ci ildən 27 noyabr 2023-cü ilədək tarix üzrə fəlsəfə doktoru, dosent Cabbarlı Ələkbər Həsən oğlu kafedraya rəhbərlik etmişdir.
27 noyabr 2023-cü il tarixdən dosent Bağırov Rəsul Bəşirəli oğlu kafedraya rəhbərlik edir.