Məmmədova Xumar Şəmsi qızı

                                                xumarmemmedova@ndu.edu.az

  “Jurnalistika və xarici ölkələr ədəbiyyatı” kafedrasında dosent, filologiya üzrə fəlsəfə doktoru

 QISA BİOQRAFİK MƏLUMAT

      xrmemmedova@mail.ru

Məmmədova Xumar Şəmsi qızı 1979-cu il, 11 iyunda Naxçıvan şəhərində anadan olmuşdur. 1996-2000-ci illərdə Naxçıvan Dövlət Universitetində Azərbaycan dili və ədəbiyyatı üzrə təhsil almış və Azərbaycan dili və ədəbiyyatı ixtisasına yiyələnmişdir. 2000-2002-ci illərdə Naxçıvan Dövlət Universitetinin Magistratura şöbəsində Azərbaycan ədəbiyyatı ixtisası üzrə təhsil almışdır. 2002-ci ildə Naxçıvan Dövlət Universitetinin “Jurnalistika və dünya ədəbiyyatı” kafedrasına tam ştat müəllim təyin olunmuşdur. 2005-ci ildə “Jurnalistika və dünya ədəbiyyatı” kafedrasına baş müəllim keçirilmişdir. 2007-ci ildə “Çağdaş Amerika elmi-ədəbi mənbələrində Azərbaycan ədəbiyyatı” mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş, Azərbaycan Respublikası Prezidenti Yanında Ali Attestasiya Komissiyasının 4 mart, 2008-ci il tarixli (protokol №9) qərarı ilə filologiya üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almışdır. Azərbaycan Respublikası Prezidenti Yanında Ali Attestasiya Komissiyasının 31 oktyabr, 2014-cü il tarixli(protokol №27-k) qərarı ilə “Jurnalistika və dünya ədəbiyyatı” kafedrası üzrə dosent elmi adı verilmişdir.

2001-ci ildə ABŞ-ın Perdu Universitetində mübadilə tələbəsi kimi kurs keçmiş, sertifikat almışdır.

2018-cil ildə Macarıstanın Debrecen Universitetində, 2019-cu ildə İspaniyanın Valensiya Politexnik Universitetində təhsil proqramı üzrə layihədə iştirak etmişdir.

Debrecen Universitetində “Azərbaycan universitetlərində ali təhsilin inkişafı” çərçivəsində təşkil olunan konfransda “The role of İCT in high schools”mövzusundə çıxış etmişdir.

Valensiya Politexnik Universitetində təşkil olunan “Azərbaycan universitetlərində ali təhsilin inkişafı” konfransında dinləyici olaraq iştirak etmişdir.

Xumar Məmmədova 1 dərs vəsaiti, 1 metodik vəsait, 1 proqram, 31 elmi məqalənin müəllifidir.

 

Dərc olunmuş elmi əsərləri

 

1.       Amerika müəllifi Odri Altstadt erməni-Azərbaycan münaqişəsi haqqında. Naxçıvan Dövlət Universitetinin Elmi əsərləri. № 9, Naxçıvan, 2002, (Məqalə)s.108-111

2.       Amerika alimi Səkinə Berencianın “İyirminci əsr İran Azərbaycanının azəri və fars ədəbi əsərləri” barədə qeydlər. Naxçıvan Dövlət Universitetinin Elmi əsərləri. № 13, Naxçıvan, 2004, (Məqalə) s. 53-56

3.       Amerikalı müəllif Brenda Şefferin “Qardaşlar və sərhədlər” kitabında Azərbaycan həqiqətləri. Naxçıvan Dövlət Universitetinin Elmi əsərləri. № 17, Naxçıvan, 2005, (Məqalə) s. 73-76

4.       “Varlıq” jurnalı amerikalı müəlliflərin gözü ilə. Naxçıvan Müəllimlər İnstitutunun Xəbərləri.№ 2, Naxçıvan, 2006, (Məqalə) s. 64-67

5.       Şəhriyar iki alimin tədqiqatında. AMEA-nın Naxçıvan bölməsinin Xəbərləri.

1№ 4, Naxçıvan, (Məqalə) 2006, s. 208-213

6.       Amerikalı müəllif Janet Aferinin yaradıcılığında Azərbaycan. Naxçıvan Müəllimlər İnstitutunun Xəbərləri. 1.№ 3 (7), Naxçıvan, 2006, (Məqalə) s. 51-53

7.       “Molla Nəsrəddin” jurnalı çağdaş Amerika elmi-ədəbi mənbələrində. Naxçıvan Dövlət Universitetinin Elmi əsərləri. № 13 (21), Naxçıvan, 2007, (Məqalə)s. 121-124

8.       Uzaq Şərq intibahı Çin ədəbiyyatı kontekstində. Naxçıvan Dövlət Universitetinin Elmi əsərləri. № 4 (24), Naxçıvan, 2008, (Məqalə)s. 238-240

9.       Amerika alimi Səmyuel Uimzin “Ermənistan – Ter­ror­çu xristian ölkənin giz­lin­ləri” əsəri barədə qeydlər. Yol. Bilim Kültür Araştırma dergisi. Nahçıvan Özel Sayisi. Ankara, 2009, (Məqalə) s.291-295

10.    Yapon ədəbiyyatının tarixi inkişaf mərhələləri və renessans problemi. Naxçıvan Dövlət Uni­ver­sitetinin Elmi əsərləri. № 2, Naxçıvan, 2010, (Məqalə) s. 76-79

11.    “Molla Nəsrəddin” jurnalı Amerika alimi Janet Aferinin tədqiqatında. AMEA-nın Naxçıvan bölməsinin Xəbərləri. № 1, Naxçıvan, 2011, (Məqalə) s. 227-231

12.   Amerika yazıçısı Con Steynbekin “Qəzəb salxımı” romanı haqqında bəzi qeydlər. Naxçıvan Dövlət Univer­sitetinin Elmi əsərləri. № 2, Naxçıvan, 2011, (Məqalə) s. 86-88

13.   Devid Nissmanın “Sovet İttifaqı və İran Azərbay­canı” əsərində Azərbaycan ədəbiyyatı məsələləri. AMEA-nın Naxçıvan bölməsinin Xəbərləri. № 3, Naxçıvan, 2011, (Məqalə) s.189-193

14.   Səkinə xanım Berencianın yaradıcılığında Azərbaycan ədəbiyyatı məsələlərinin tədqiqi. Naxçıvan Müəllimlər İnstitutunun Xəbərləri. № 2 (26),Naxçıvan, 2011, (Məqalə) s. 52-55

15.   Müasir Amerika ədəbiyyatının tədrisi məsələləri. Naxçıvan, “Əcəmi” nəşriyyatı, 2011, (Metodik vəsait), 36s.

16.    Amerika yazıçısı Con Steynbekin “Həyəcan­larımızın qışı” romanı. Naxçıvan Dövlət Universitetinin Elmi əsərləri. № 2 (46), Naxçıvan, 2012, (Məqalə) s. 77-80

17.   Türk xalqları ədəbiyyatı. Naxçıvan, “Əcəmi” nəşriyyatı, 2012, (Proqram) s.34

18.   Azərbaycan ədəbiyyatşünaslığında Yaponiya mövzusu. Naxçıvan Dövlət Universitetinin Elmi əsərləri. № 1 (52), Naxçıvan, 2013, (Məqalə) s. 40-44

19.   Səkinə Berencianın yaradıcılığında Azərbaycan ədəbiyyatı məsələlərinin öyrənilməsinə dair. V respubli­ka elmi-prak­tik kon­fran­sının ma­­te­ri­al­ları. Xarici dil­lə­rin təd­ri­si­nin aktual problem­ləri. Bakı, Mütərcim, 2013, (Məqalə) s.345-349

20.   Heydər Əliyev və dünya ədəbiyyatı. Ümumilli lider Heydər Əliyevin 90 illik yubi­le­yi­­nə həsr olunmuş IV Bey­nəlxalq elmi kon­frans ma­te­rialları. Azərbaycanşü­nas­lı­ğın aktual Problemləri.Bakı Slavyan Universiteti, Bakı, 2013, (Məqalə) s. 402-403

21.   Yapon ədəbiyyatının inkişaf yolu. Naxçıvan, Əcəmi nəşriyyatı, 2014, (Dərs vəsaiti) 141 s.

22.    Yapon poeziyasının tədqiqinə dair. Naxçıvan Dövlət Universiteti. Elmi əsərlər. № 5 (61) “Qeyrət”, Naxçıvan, 2014, (Məqalə) s. 87-92

23.    Yapon mifologiyasından yapon teatrınadək. Naxçıvan Dövlət Universiteti. Elmi əsərlər. № 1 (66) “Qeyrət”, Naxçıvan, 2015, (Məqalə) s. 101-106

24.    Yapon şairi Sayqyo və tankaları. Naxçıvan Dövlət Universiteti. Elmi əsərlər. № 4 (78) “Qeyrət”, Naxçıvan, 2016, (Məqalə) s. 110-114

25.    Matsuo Başo və haykuları. Naxçıvan Dövlət Universiteti. Elmi əsərlər. № 1 (82) “Qeyrət”, Naxçıvan, 2017, (Məqalə) s. 154-157

26.    Azərbaycan ədəbiyyatı və yapon müəllifi Kobo Abe. Naxçıvan Dövlət Universiteti. Elmi əsərlər. № 5 (86) “Qeyrət”, Naxçıvan, 2017, (Məqalə) s. 283-287

27.   Periods of Japanese literature. Naxçıvan Dövlət Universiteti. Elmi əsərlər. № 5 (86) “Qeyrət”, Naxçıvan, 2018, (Məqalə) s. 195-200

28.    Japanese literature. Kenzaburo Oe. Naxçıvan Dövlət Universiteti. Elmi əsərlər.

29.    Yapon yazıçısı Akutaqava Rünoske. AMEA. Nizami adina Ədəbiyyat İnstitutu

30.    Səkinə Berencianın yaradıcılığında Azərbaycan ədəbiyyatı məsələləri. Gəncə Dövlət Universiteti. Elmi əsərlər.

31.  Milli təhsildə kurikulum modeli. Naxçıvan Müəllimlər İnstitutu. 2020.

32.  Heydər Əliyev və ədəbiyyatımız (Ümumilli lider Heydər Əlieyvin 100 illik yubileyi ilə bağlı Respublika Konfransı, NMİ) Heydər Əliyev və dünya ədəbiyyatı məsələləri. 2023

33.  Azərbayanda aşıq sənətinin inkişafında Aşıq Ələsgərin rolu “Qərbi Azərbaycana gedən yol” I beynılxalq konqres 2023

34.  İpək yolu və mədəniyyətimiz. (I Beynəl­xalq İpək yolu Konfransı), 2023