Mən, Huseynov İntiqam Əhməd-oğlu 03.07.1963 cü ildə Kəngərli rayonunun Qıvraq qəsəbəsində anadan olmuşam. 1979-cu ildə orta məktəbi əla qiymətlərlə bitirib, təhsilimi davam etdirmək üçün RF Primorsk vilayətinin Ussuriysk şəhərində 1980-83 cü illərdə “Feldşer” ixtisası üzrə tibb kolledjini bitirmişəm. 1983-85 ci illərdə keçmiş Sovetlər birliyində hərbi xidmətdə olmuşam, xidmətimi Tında şəhərində hərbi hospitalda yerinə yetirərkən 1984-cü ildə ulu öndərimiz Heydər Əliyev tərəfindən “ Baykal Amur Magistiralı “ xüsusi medalı, ilə təltif olunmuşam. Həmin ildə, ulu öndərimiz şimal- cənub dəmir yolunun açılışını etmişdir. Hərbi xidmətimi başa vurdugdan sonra 1985-91 ci illərdə Amur vilayəti Blagoveşensk şəhərində Müalicə işi üzrə Ali Tibb Universitetini bitirib Anatomiya kafedrasında assistent vəzifəsinə təyin olunmuşam. 1990 cı ildə “Psixoterapiya və Akupunktur” sertifikatlarını almışam. 1993-97 ci illərdə 230 N-li Gəncə hərbi hospitalında baş ordinator nevropatolog vəzifəsində xidmət etmişəm. 1997-2012 ci illərdə Naxçıvan hərbi hospitalında “Psixonevroloji” bölmənin rəsi vəzifəsində xidmət etmişəm, dəfələrlə güsursuz xidmətimə görə medal və təltiflərlə mükafatlandırılmışam. 2013-15 ci illərdə Naxçıvan MR xəstəxanasında nevropatoloq həkim kimi çalışmışam. Türkiyə Cumhuriyyətinin Ankara şəhərində özəl xəstəxanada həkim kimi fəaliyyət göstərmişəm. 2020 ci ildən NDU-ndə müəllim olaraq çalışıram.