Abbas İbrahim oğlu Əliyev
Əliyev Abbas İbrahim oğlu 1974-cü ildə Naxçıvan MR Babək rayonu, Nehrəm kəndində anadan olub. 1998-ci ildən Naxçıvan Tibb Mərkəzinin reanimasiya şöbəsində çalışır. Həmçinin 2004-cü ildən Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin Ümumi təbabət və kliniki fənlər kafedrasında müəllim işləyir. Abbas Əliyev Tibb fakültəsinin Ümumi təbabət və kliniki fənlər kafedrasında işlədiyi müddətdə hər il nəzərdə tutulan təlimi həyata keçirmişdir. Özünə və tələbələrinə cavabdehdir, ictimai işlərdə, tədbirlərdə fəal iştirak edir. A. Əliyev təhsil aldığı müddətdə “İnfeksion xəstəliklər”, “Epidemiologiya” fənləri üzrə mühazirə və praktiki məşğələlər keçib.