Talıbova Nurlanə Vəli qızı 1984-cü ildə Naxçıvan şəhər Əliabad qəsəbəsində qulluqçu ailəsində anadan olmuşam. A.Nəzərəliyev adına orta məktəbin I sinfinə daxil olmuşam və həmin məktəbin 11 illik təhsilini 2001-ci ildə bitirmişəm. 2001-ci ildə Heyran xanım adına Tibb məktəbinə qəbul olmuşam. 2003-cü ildə həmin məktəbin “tibb bacısı” ixtisasını bitirmişəm. 2005-ci ildən Naxçıvan Dövlət Üniversitetinin Tibb fakultəsi “Ümumi təbabət və kliniki fənlər” kafedrasında preparator vəzifəsində işləyirəm.