Allahverdiyeva Tərlan İsmayıl qızı
Mən Allahverdiyeva Tərlan İsmayıl qızı, 27.07.1959-cu il tarixdə Qazaxıstan Respublikasının Cambul Vilayətinin Yevqenevka kəndində anadan olmuşam. 1966-cı ildə Naxçıvan şəhər M.T.Sidqi adına orta məktəbin 1-ci sinfinə daxil olmuşam, 1976-cı ildə Q. Vəzirov adına 6 N.lı məktəbinin 10-cu sinfini bitirmişəm. 1976-cı ildən Naxçıvan Müalicə Bədən tərbiyyəsi Dispanserində 1978-ci ilə qədər kiçik tibb işçisi , 1978-1979-cu ildə vərəmə leyhinə Dispanserdə kiçik tibb işçisi kimi işləmişəm. 1979-cu ildə ADTİ-nın II kurs müalicə-profilaktika fakultəsinə daxil olub, 1986-cı ildə bitirmişəm.1986-1987-ci ildə müalicə işi üzrə, otolorinqologiya üzrə internatura kursunu keçmişəm. Hal- hazırda Naxçıvan Dövlət Üniversiteti Tibb Fakultəsi Ümumi təbabət və kliniki fənlər kafedrasında müəllim olaraq işləyirəm.
Atam Allahverdiyev İsmayıl Həsən oğlu, 1935-ci ildə anadan olmuş, 1993-cü ildə rəhmətə getmişdir.
Anam Allahverdiyeva Səyyarə Novruz q 1936-cı ildə anadan olmuş, 1999-cu ildə vəfat etmişdir. Ailəliyəm 3 övladım var.
Həyat yoldaşım Əhmədov Oruc Bilal o. 1955-ci ildə anadan olmuş, hazırda təqaüdçüdür.
Qızım Qasımlı Fatma Oruc qızı, 1987-ci ildə anadan olub, ailəlidir, həkimdir. Bakıda yaşayır.
Qızım Əhmədov Xədicə Oruc q, 1989-cu ildə anadan olub, ailəlidir. Müəllimədir. Naxçıvanda yaşayır.
Oğlum Əhmədov Bilal Oruc oğlu 1990-cı ildə doğulub. Ailəlidir. Naxçıvanda yaşayır.