Əliyeva İlkay Hüseyn qızı

Əliyeva İlkay Hüseyn qızı – müəllim                                      

 Mən Əliyeva İlkay Hüseyn qızı  9 sentyabr 1989-cu ildə Naxçıvan şəhərində anadan olmuşam.1995-ci ildə 705 saylı hərbi hissənin nəzdində yerləşən orta məktəbin birinci sinifinə daxil olmuşam.Orta məktəbdə oxuduğum müddətdə biologiya fənni üzrə olimpiadalarda birinci yerin qalibi olmuşam. 2006-ci ildə orta məktəbi bitirmişəm, elə həmin il Naxçıvan Dövlət Universitetinin tibb fakültəsinin pediatriya ixtisasına qəbul olmuşam.Universitetdə oxuduğum illərdə TEC işlərində fəal iştirak etmişəm.Tələbəlik illərində Türkiyə Cumhuriyyətinin Kayseri Erciyes, Kocaaeli Universitetlərində təcrübədə olmuşam.2012- ci ildə universiteti bitirib, NDU-nun mikrobiologiya ixtisası üzrə rezidenturaya qəbul olmuşam.2014-cü ildə rezidenturanı bitirmişəm.2015-ci ildə Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq xəstəxanası publik hüquqi şəxsində  "şəhər həkim pediatrı " kimi fəaliyyətə başlamışam.2017- ci ildən isə baş həkimin müalicə işləri üzrə müavini vəzifəsində çalışıram.05.06.2017-16.06.2017- ci il tarixləri arasında Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitunda "Uşaqlarda parazitar xəstəliklər " mövzularında kurs keçmişəm. Elmi tədqiqatlada məşğul oluram.Naxçıvan Dövlət Universitetinin dissertantıyam."İntensiv terapiya şöbələrində olan uşaqlarda orofarinks, bağırsaqların mikroflorasının metabolik fəallığnın klinik, diaqnostik əhəmiyyəti və antibiotiklərə həssaslığı" mövzusunda dissertasiya işinin üzərində çalışıram.

İşin adı

İşin növü

Nəşriyyat, jurnal və s. adı

İşin həcmi

Həmmüəllif

1

Dölün və yenidoğulmuşun hemolitik xəstəliyi

Dərs vəsaiti

Bakı:Elm və təhsil, 2015

140 s

Gültəkin Əliyeva

2

Məktəblərdə və bağçalarda tibbi xidmətin təşkili

Metodik vəsait

Naxçıvan: Əcəmi NPB, 2018

32 s

Rəhim Rəhimov

3

Uşaqlarda dehitratasiya zamanı infuzion terapiya

Metodik vəsait

Naxçıvan: Əcəmi NPB , 2019

68 s

Rzayeva Aytən

4

Virus hepatitlərinin diaqnostikası

Məqalə

Naxçıvan Dövlət Universiteti

" Elmi Əsərlər"(təbiət elmləri və tibb seriyası),  2013,  № 1

s.160-164

 

5

Toksoplazmozun diaqnostikası

Məqalə

Naxçıvan Dövlət Universiteti " Elmi Əsərlər"( təbiət elmləri və tibb seriyası),  2013,    2

s.123-125

 

6

Perinatal patologiyalarda bətndaxili infeksiyaların rolu

Məqalə

Naxçıvan Dövlət Universiteti " Elmi Əsərlər"( təbiət elmləri və tibb seriyası),  2014, №  4

s.112-115

 

7

Uşaqlarda tonzillit və farinqitlərin antibiotiklərlə müalicəsinin prinsipləri

Məqalə

Naxçıvan Dövlət Universiteti " Elmi Əsərlər"( təbiət elmləri və tibb seriyası),  2018, №  3

s.254-256

 

8

Reanimasiya və intensiv terapiya şöbələrində pasiyentlərində müxtəlif infeksion ağırlaşmaların mikrobioloji aspektlərinə dair

Məqalə

Azərbaycan Təbabətinin Müasir Nailiyyətləri 2021 № 2

s.171-173