Quliyeva Şəhla Məhcan qızı

1990-ci il oktyabr ayının 30-da Naxçıvan Şəhərində anadan olub. 1997-ci ildə M.C.Cəfərov adına tam orta məktəbin birinci sinfinə daxil olub. 2008-ci ildə həmin məktəbi bitirib. 2009-2014-cü ildə Naxçıvan Dövlət Universitetində Biologiya ixtisasında təhsil alıb. 2016-cı ildə Naxçıvan Dövlət Universitetinin magistr şöbəsində İnsan və heyvan fiziologiyası ixtisaslaşmasının I kursuna daxil olub. 2018 ci ildə magistr təhsilini başa vurub. 2013-cü ildən 2020-ci ilə  qədər Nehrəm kənd 1№ li tam orta məktəbdə biologiya müəllimi işləyib. 2020-ci ildə  Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsində Təməl tibb fənləri kafedrasının fiziologiya laboratoriyasının müdiri kimi işə başlayıb.