Çingiz Aydın oğlu Orucov

                                                                      e-mail: cingizorucov@ndu.edu.az 

19 fevral 1962-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur. 1969-cu ildə Naxçıvan şəhərindəki Cəlil Məmmədquluzadə adına 2№-li  orta məktəbinin 1-ci sinifinə daxil olmuşdur. 1979-cu ildə həmin məktəbi bitirmişdir. 1980-ci ildə Naxçıvan Dövlət Pedaqoji instituna daxil olub.

1985-ci ildə həmin institun ümumi texniki fənlər və fizika ixtisasını bitirmişdir. 1985-ci ildə Babək rayonunun Zeynəddin kəndindəki188 №-li orta texniki peşə məktəbində müəllim vəzifəsində işləmişdir. 1985-ci ildən 1987 –ci ilə qədər Sovet ordu sıralarında hərbi xidmətdə olmuşdur. 1987-ci ildən 1991-ci ilə qədər Naxçıvan şəhərindəki Elektrotexnika zavodunda mühəndis vəzifəsində işləmişdir. 1991-ci ildən 1996-cı ilə qədər Naxçıvan şəhərindəki 6№ -li məktəbdə müəllim vəzifəsində işləmişdir. 1996-cı ildən 2002-ci ilə qədər  Naxçıvan şəhər komplekləşdirmə və təhcizat idarəsində anbardar vəzifəsində işləmişdir. 2003-cü ildən 2023-cü ilə qədər Naxçıvan Dövlət Universitetinin tədris şöbəsində istehsalat təcrübə rəhbəri vəzifəsində işləmişdir. 2023- cü ildən Naxçıvan Dövlət Universitetinin Karyer, təcrübə və məzunlarla iş bölməsində inspektor vəzifəsində işləyir. Ailəlidir və 2 övladı var.