Mirzəyeva Aytən Gülməmməd qızı

       16 iyun 1988-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur. 1994-cü ildə Naxçıvan şəhər İ.Səfərli adına 1 saylı orta məktəbin I sinfinə daxil olmuşdur. 2005-ci ildə həmin məktəbin XI sinfini bitirmişdir. Həmin il Naxçıvan Müəllimlər İnstitutuna daxil olmuşdur. 2009-cu ildə Naxçıvan Müəllimlər İnstitutunun “Məktəbəqədər təhsilin pedaqogika və metodikası” ixtisasını fərqlənmə ilə bitirmişdir. 2010-cu ildə          Naxçıvan Dövlət Universitetinin “Magistratura” şöbəsinə daxil olmuşdur. 2013-cü ildə Naxçıvan Dövlət Universitetinin “Pedaqogika nəzəriyyəsi və tarixi” ixtisası üzrə magistratura şöbəsini fərqlənmə ilə   bitirmişdir. 2010/2014-cü illərdə Naxçıvan şəhər 4 saylı uşaq bağçasında tərbiyəçi-müəllimə vəzifəsində çalışmışdır. 2014/2024-cü ilərdə “Naxçıvan Universiteti” MMC-də Tədris şöbəsi inspektoru vəzifəsində    çalışmışdır. 2024-cü ilin sentyabr ayından Naxçıvan Dövlət Universitetinin Tədris şöbəsinin inspektoru (Təhsilin elektronlaşdırılması üzrə) vəzifəsində çalışır. Ailəlidir, 2 övladı var.