Müəllim
Əkrəm Məmmədli 1944 – cü il oktyabr ayının 1 – də Naxçıvan şəhərində anadan olmuşdur. O, Asəf Zeynallı adına Bakı Dövlət Musiqi Texnikumunu və Naxçıvan Dövlət Universitetinin filologiya fakultəsini bitirmişdir. “Tar üçün etüdlər” (2005), “Qamma və arpeciolar” (2005), “Azərbaycan muğamları” (2010), “Naxçıvan – Şərur El yallıları” (Kənan Məmmədli ilə birlikdə 2015 – ci il, təkrar nəşr 2022 – ci il) kitablarını nəşr etdirmişdir. Bu kitablardan Azərbaycanın ali və orta ixtisas musiqi məktəblərində, eləcə də Cənubi Azərbaycanda, Türkiyə respublikasında, Türkmənstan, Özbəkistan respublikalarında, ABŞ da, Kanada da və bir neçə Avropa ölkələrində milli musiqi alətləri ifaçıları və musiqişünasları geniş istifadə edirlər. Ə. Məmmədli 58 illik əmək fəaliyyəti dövründə pedaqoji fəaliyyətlə yanaşı uzun müddət Azərbaycan Dövlət Filarmoniyasında, Naxçıvan Dövlət Filarmoniyasında solist – tarzən, dirijor, bədii rəhbər və direktor vəzifələrində çalışmışdır.1968 – ci ildə Naxçıvan MSSRİ Ali Sovetinin fəxri fərmanına.1974 – cü ildə isə Naxçıvan MSSRİ Əməkdar Mədəniyyət işçisi fəxri adlarına layiq görülmüşdür.2014 – cü ildə Mədə- niyyət sahəsində uzun müddət səmərəli fəaliyyətinə görə Naxçıvan MR Ali məclisinin fəxri fərmanı ilə təltif edilmişdir. 2006 – cı ildən Azərbaycan respublikası prezdentinin fərdi təqaüdçüsüdür.