Cəfərov Elman Məhərrəm oğlu

 

Naxçıvan Dövlət Universiteti İncəsənət fakültəsi

Təsviri incəsənət kafedrasının müəllimi

e-mail: elmanceferov@ndu.edu.az

 05.07.1951-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur. Heykəltəraş – rəssam. Naxçıvan Muxtar Respublikasının Əməkdar   incəsənət xadimi (1989). Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində (1968-1972) və Azərbaycan Dövlət   İncəsənət Universitetinin Rəssamlıq fakültəsində təhsil almışdır (1975-1980). SSRİ rəssamlar ittifaqının Gənclər Bölməsinin   üzvü olmuşdur (1980-1988). Azərbaycan Rəssamlar İttifaqının (1988) və Naxçıvan MR Rəssamlar Birliyinin üzvüdür (2012).   Naxçıvan şəhər 1 nömrəli tam orta məktəbində rəsm müəllimi vəzifəsində işləmişdir (1972-1975). Haliyədə Naxçıvan Dövlət Universitetinin Təsviri İncəsənət kafedrasının müəllimidir (2021). Naxçıvan Rəssamlar Birliyinin keçirdiyi sərgilərin fəal iştirakçısıdr. “Naxçıvan - bəşəriyyətin beşiyi” V Beynəlxalq Rəsm Festivalında iştirak etmişdir (2021). 2021-ci ildə Naxçıvan Dövlət Universitetində və Naxçıvan MR rəssamlar birliyində anadan olmasının 70 illiyinə həsr olunmuş yubiley sərgiləri keçirmişdir. Bir çox Ümumittifaq və respublika əhəmiyyətli sərgilərdə iştirak etmişdir. Rəssamın yaradıcılığında Naxçıvan şəhərində ki, “Babək”in atlı heykəli, “Dədə Qorqud”heykəlinin ilkin variantının (indiki heykəl Çin Xalq Respublikasında yenidən bürüncdən tökülmüşdür), “Mir Həsən Seyidov”un büstü, “İdris Məmmədov”un, “Cəmşid Naxçıvanski”nin və “Abbasəli Nəzərəliyev”in barelyefləri, Babək rayonunda kı, “Babək”in heykəli, “Vəli Mahmudov”un, “Babək Şahverdiyev”in büstləri (Kültəpə k.) və İran İslam Respublikasının Poldəşt şəhərində qoyulmuş “M.H.Şəhriyar”ın monumental heykəltəraşlıq əsərləri xüsusi yer tutur. Əsərləri: Naxçıvan Dövlət Tarix Muzeyi, Naxçılvan Dövlət Rəsm Qalereyası, Hüseyn Cavidin Ev Muzeyi, Cəmşid Naxçıvanski Muzeyi, Babək Rayon Tarix – Diyarşünaslıq Muzeyi və bir çox şəxsi kolleksiyalarda qorunub saxlanılır.