Müəllim
E- mail: rehimovsexavet1@ gmail.com
Rəhimov Səxavət Şərif oğlu 1983- cü ildə Şərur rayon Yengicə kəndində anadan olub.1989 cu ildə Yengicə kənd K.Qafarov adına orta məktəbin birinci sinfinə gedib.1993- cü ildə musiqi məktəbinin birinci sinfinə gedib.2000- ci ildə həm orta məktəbi həm də 7 illik musiqi məktəbini bitirib.2001- ci ildə Musiqi Kollecinin I kursuna daxil olub.2003- cü illərdə kollecdə oxuduğu müddətdə C.Əliyeva və C. Allahverdiyevdən ustad dərsi alıb.2004- cü ildə Bakı şəhərində keçirilən Ix Respublika müsabiqəsinin Laureatı olub.2005- ci ildə Naxçıvan Musiqi Kollecini Fortepiano ixtisası üzrə bitirib.2005 –ci il 15 sentyabr tarixindən kollecə müəllim təyin olunub.Ali Məclisin Sədri Vasif Talıbovun iştirakı ilə 2006- cı ildə 28 may Respublika gününə həsr olunmuş solo konsert vermişəm .2009- cu ildə Ərtoğrul Cavidin 30 illik yubleyinə həsr edilmiş tədbirdə Ə.Cavidin “ 9 variasiya “ əsərini ifa edib. 1 iyun 2010-cu ildə Naxçıvan Dövlət Uşaq Filarmoniyasının yaradılmasında və ilk konsertinin təşkilində fəal iştirakına görə Fəxri fərmanla təltif olunub. 2010- cu ildə Naxçıvan Musiqi Kollecində ilk dəfə olaraq yaradılmış Simfonik orkestrlə birlikdə 28 may Respublika gününə həsr olunmuş konsertdə solo musiqi proqramı ilə çıxış edib. 2016- cı ildə naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsinin Fortepiano ixtisaslna qəbul olub.2017- ci ildə Naxçıvan Dövlət Universitetinin yaranmasının 50 illik yubleyi ilə bağlı solo musiqi nömrələri ilə çıxış edib.3 oktyabr tarixində Naxçıvan Dövlət flarmoniyasında Estrada orkestrində orkestr artisti vəzifəsinə təyin edilib.