Baş müəllim
E mail:renaceferova1956@gmail.com
Rəna Ələkbər qızı Cəfərova 1956-cı ildə Bakı şəhərində anadan olub. 1964-cü ildə Bül-Bül adına orta ixtisas musiqi məktəbin fortepiano sinifinə qəbul olunub.1975-ci ildə məktəbi fərqlənmə diplomu ilə bitirib, elə həmin ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyası) fortepiano ixtisası üzrə ifaçılıq fakültəsinə qəbul olunub. Konservatoriyada Azərbaycan xalq artisti, professor Kovkəb Səfərəliyevanın sinifində təhsil alıb.1978-ci ildə Qara Qarayevin yubleyi münasibətilə keçirilən müsabiqədə iştirak edərək II dərəcəli diploma layiq görülüb.1980-ci il Konservatoriyanı bitirdikdən sonra Təhsil Nazirliyinin təyinatı ilə Naxçıvan musiqi texnikumunda (indiki Naxçıvan Musiqi Kolleci) müəllim kimi fəaliyyətə başlayıb. İşlədiyi müddətdə bir çox tələbələri Respublika müsabiqəsində diplomlara layiq görülüb. Bir ifaçı kimi dövlət tədbirlərində,televizya verlişlərində iştirak edib.2002-ci ildə Naxçıvan Dövlət Universitetinin İncəsənət fakultəsinə ştat üzrə müəllim vəzifəsinə təyin edilib. 2009-cu ildən baş müəllim vəzifəsində çalışır. İfaçılıq fəaliyyəti nəzərə alınaraq Naxçıvan Muxtar Respublikasının Ali Məclisi sədrinin 2006-ci il 6 yanvar tarixi fərmanı ilə Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülüb.
Elmi məqalə
1.Fortepiano texnikasının inkişaf metodları.
2.Musiqi müəllimlərinin şagirdlərlə yaradıcılıq əlaqəsi.
3. İfaçılıq ənənələrinin formalaşmasında Azərbaycan fortepiano məktəbinin rolu Naxçıvan Dövlət Universiteti “Qeyrət” nəşriyyatı, elmi əsərlər jurnalı 2020
N 1(102) II cild Səh141-145
4. Peşəkar piano ifaçısının sənət dünyası Axtarış N4(41) Naxçıvan “Tusi” 2021il cild N5 Səh 183
5. Unudulmaz müəllim K.Səfərəliyeva NDU “Yeni fikir”qəzeti 2021 N8 (42)
6. Sənətlə bağlı ömür. Şərq qapısı Oktyabr 2022
7. Q.Qarayevin fortepiano silsilələri. The XXXI İnternational Scientific Symposium “Turkic wold and national vnity”
Özbəkistan o ktyabr 2022
8.XX əsrin sonu XX əsrin 20-ci illərində milli fortepiano ifaçılıq sənəti təhsilində əsas sahələrdən biri kimi. Axtarışlar N2 (42)
Cild 16 2022
9.XX əsrin 30-40-cı illərində Azərbaycan fortepiano ifaçıları. Buta jurnalı 4(9) 2022.Kars/Türkiyə
10.Gösteri sanatlar oluşumunda Vyana piano okulunun rolu. Turan-Şam.Turan stratejik araştırmalar merkezi Cild 15(58) 2023
11. Azərbaycanda klassik musiqidə polifonik düşüncənin təşkili. İsveçrə 27avqust 2023
12. XX əsrin 50-60-cı illərində qadın ifaçıların milli fortepiano ifaçılığı sənətinin inkişafında yeri və rolu. Buta jurnalı 4(13)
2023.Kars/Türkiyə
Dərs vəsaitləri
1.Fortepiano ifaçılığı sənəti -Naxçıvan “Əcəmi” nəşriyyatı 2020
Proqramları
1. İnstrumental ifaçılıq ixtisasının fortepiano alətinin “ixtisas” fənni üzrə. NDU “Qeyrət nəşiriyyatı”2024
2. İnstrumental ifaçılıq ixtisasının fortepiano alətinin “kamera ansamblı” fənni üzrə. NDU “Qeyrət nəşiriyyatı”2024
3. İnstrumental ifaçılıq ixtisasının fortepiano alətinin “konsertmeyster sinfi” fənni üzrə. NDU “Qeyrət nəşiriyyatı”2024