Rəhimov Səxavət Şərif oğlu

Müəllim

 Rəhimov Səxavət Şərif oğlu 1983- cü ildə Şərur rayon Yengicə kəndində anadan olub.1989 cu ildə Yengicə kənd  K.Qafarov  adına orta məktəbin   birinci sinfinə gedib.1993- cü ildə musiqi məktəbinin birinci sinfinə gedib.2000- ci ildə həm orta məktəbi həm də 7 illik  musiqi məktəbini   bitirib.2001- ci ildə Musiqi Kollecinin I kursuna daxil olub.2003- cü illərdə kollecdə oxuduğu müddətdə C.Əliyeva və C. Allahverdiyevdən ustad   dərsi alıb.2004- cü ildə Bakı şəhərində  keçirilən Ix Respublika müsabiqəsinin Laureatı olub.2005- ci ildə Naxçıvan Musiqi Kollecini Fortepiano   ixtisası üzrə bitirib.2005 –ci il 15 sentyabr tarixindən kollecə müəllim təyin olunub.Ali Məclisin Sədri Vasif Talıbovun  iştirakı ilə 2006- cı ildə 28   may Respublika gününə həsr olunmuş  solo konsert vermişəm .2009- cu ildə Ərtoğrul Cavidin 30 illik yubleyinə həsr edilmiş tədbirdə Ə.Cavidin  “ 9   variasiya “ əsərini ifa edib. 1 iyun 2010-cu ildə  Naxçıvan Dövlət  Uşaq Filarmoniyasının  yaradılmasında  və ilk konsertinin təşkilində fəal iştirakına görə  Fəxri fərmanla təltif olunub. 2010- cu ildə Naxçıvan Musiqi Kollecində ilk dəfə olaraq  yaradılmış  Simfonik orkestrlə birlikdə  28 may Respublika gününə həsr olunmuş konsertdə solo musiqi proqramı ilə çıxış edib. 2016- cı ildə naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsinin Fortepiano ixtisaslna qəbul olub.2017- ci ildə  Naxçıvan Dövlət Universitetinin yaranmasının 50 illik yubleyi ilə bağlı solo musiqi nömrələri ilə çıxış edib.3 oktyabr tarixində  Naxçıvan  Dövlət flarmoniyasında  Estrada orkestrində  orkestr artisti vəzifəsinə təyin edilib.

                  Elmi əsərləri

1. XX əsr Azərbaycan musiqi elmində lad nəzəriyyəsinin səciyyəvi xüsusiyətləri. International Scientific symposium “Heydar Aliyev and the Azerbaycan culture”. 25.11.2023Stocholm/Sweden 3s

   2. Application of the leitmotive system in Ramiz Mustafayev’s opera“ VAQIF”. International Scientific Symposium “The triumphant leadre of the victorious people- Ilham Aliyev” 13.11.2023 Stocholm/Sweden 8s

   3. Fikrət Əmirovun “MİN BİR GECE” baletinin səciyyəvi xusisiyyətləri. BUTA uluslar arası bilimsel araşdırmalar dergisi. 2023 6s