Tələbələr mübadilə proqramı vasitəsilə siyahıda göstərilən partnyor universitetlərimizdə 1 semestr müddətində təhsil ala bilərlər. Mübadilədə iştirak edən tələbə səfər edəcəyi universitetdə təhsil haqqından azad olunur, lakin öz təhsil aldığı üniversitetdə ödənişli əsaslarla oxuduğu təqdirdə təhsil haqqı ödəməyə davam edir.
Erasmus+ KA1 Tələbələrin və İşçi Heyətinin Mübadiləsi
Erasmus+ KA1 Beynəlxalq Kredit Mübadiləsi (ICM), Proqram ölkəsindən Tərəfdaş Ölkəyə və ya əksinə bir ali təhsil müəssisəsində (HEI) qeydiyyatdan keçən və ya işləyən şəxslərin hərəkətliliyini dəstəkləyir
Mübadilə ilə Gələn Tələbələr
NDU-da mübadilə proqramları ilə gələn tələbə olmaq, fərqli mədəniyyətləri, öyrənmə bacarıqlarını, elmi təcrübələri qazanmaq və Azərbaycanı kəşf etmək üçün unikal bir fürsət yaradır. Gələn tələbələr, öz beynəlxalq əlaqələr ofislərinə yaxınlaşaraq, öz universitetlərindən mübadilə imkanları haqqında lazımi məlumatları əldə edə bilərlər.
Mübadilə ilə Gedən Tələbələr
NDU tələbələri proqram vasitəsilə “mübadilə ilə gedən tələbə” olaraq müraciət edib Erasmus+ Mübadilə layihələrindən faydalana bilərlər. Tələbələr, bilik, bacarıq və münasibətlərini inkişaf etdirmələrində, inamlarını və müstəqilliklərini artırmalarında, maraqlarını və ideyalarını stimullaşdırmalarında onlara kömək edəcək tərəfdaş universitetlərimizdən birində bir semestr keçirərək mübadilədə olurlar. Erasmus+ və digər mübadilə layihələri üçün xərclər proqram qaydalarına uyğun olaraq proqramlar tərəfindən ödənilir və ödənişin miqdarı, hərəkətlilik dövrü üçün mövcud olan büdcədən asılı olaraq müxtəlif ölkələr və tərəfdaş universitetlər üçün fərqlənir.
Mübadilə ilə Gələn İşçi Heyəti
NDU mübadilə proqramları ilə gələn işçilərə yüksək ixtisaslı mütəxəssislərin və professorların ən yaxşı təcrübələrini əyrənmək üçün hər bır şərait yaradılır. Mübadilə programı çərçivəsində gələn işçilər hətta NDU ilə məqalələrin dərc edilməsi, tədqiqatların aparılması və beynəlxalq layihələrin icrası kimi sahələrdə əməkdaşlıq qura bilərlər.