Qısa bioqrafik məlumat:
7 oktyabr 1979-cu ildə Naxçıvan şəhərində anadan olmuşdur.
1996-2000-ci illərdə Naxçıvan Dövlət Universitetində təhsil almışdır.
2000-2002-ci illərdə Naxçıvan Dövlət Universitetində magistratura təhsili almışdır. Tədqiqat sahəsi: Siyasi repressiyalar
2002-2006-ci illərdə Naxçıvan Dövlət Universitetində doktorantura təhsili almışdır. Tədqiqat sahəsi: Beynəlxalq mədəni-iqtisadi və diplomatik əlaqələrin tarixi
Doktorluq mövzusu: Böyük İpək yolu və Naxçıvan
1998 – 2001-ci ilərdə Naxçıvan Dövlət Universitetinin Gənclər təşkilatının sədri vəzifəsində çalışmışdır.
2001-2008-ci illərdə Naxçıvan Dövlət Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri vəzifəsində çalışmışdır.
2000-2005-ci illərdə Naxçıvan MR Dövlət Televiziya və Radio verilişləri Komitəsində redaktor vəzifəsində işləmişdir.
2000-2008-ci illərdə Naxçıvan Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasında baş müəllim, 2008-ci ildə isə Beynəlxalq münasibətlər kafedrasında baş müəllim vəzifəsində işləmişdir.
2008-2012-ci illərdə Naxçıvan Dövlət Universitetinin Magistratura üzrə dekanı vəzifəsində çalışmışdır.
2013-cü ildə Naxçıvan Özəl Universiteti Humanitar Elmlər kafedrasının müdiri, 2014-2018-ci illərdə “Naxçıvan” Universiteti İdarəetmə fakültəsinin dekanı, “Naxçıvan” Universiteti Beynəlxalq münasibətlər kafedrasının dosenti vəzifələrində çalışmışdır.
2014-2018-ci illərdə “İstedad-XXI əsr” MMC-nin təsisçisi və direktoru olmuşdur.
2018-2019-cu illərdə Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsində çalışmışdır.
2019-cu ildən Naxçıvan Dövlət Universitetinin rektoru təyin edilmişdir.