01.01.1999-cu ildə Ordubad rayonunun Dırnıs kəndində anadan olmuş, 2005-2016-ci illərdə Dırnıs kənd tam orta məktəbini xüsusi nümunəli şəhadətnamə və əla qiymətlərlə, 2016-2020-ci illərdə Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər və hüquq fakültəsində əyani təhsil formasında “Beynəlxalq münasibətlər” ixtisasında bakalavriat səviyyəsini (ÜOMG-90,5), 2020-2022-ci illərdə Naxçıvan Dövlət Universitetinin Magistratura mərkəzində əyani təhsil formasında “Beynəlxalq münasibətlər və diplomatiya” ixtisaslaşması üzrə magistratura səviyyəsini (ÜOMG-93,3) fərqlənmə diplomu ilə bitirərək təhsilini tamamlamışdır. 2022-ci ilin sentyabrından etibarən Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər kafedrasının qiyabi təhsil formasında “5901.01-Beynəlxalq münasibətlər” ixtisasında siyasi elmlər üzrə doktorantıdır. “Beynəlxalq münasibətlər sistemində yeni dünya nizamı: yeni problemlər və çağırışlar” adlı dissertasiya mövzusu üzərində elmi-tədqiqat aparır.
22 sentyabr 2022-ci il tarixdən 01 oktyabr 2023-cü il tarixədək Naxçıvan Dövlət Universitetinin Elm və innovasiyalar bölməsində baş elmi işçi vəzifəsində, 01 oktyabr 2023-cü il tarixdən 01 fevral 2024-cü il tarixədək Naxçıvan Dövlət Universitetinin Texnoloji transfer və innovasiyalar bölməsində böyük mütəxəssis vəzifələrində əmək fəaliyyəti ilə məşğul olmuşdur.
2020-ci ilin noyabrından etibarən Universitet Tələbə Elmi Cəmiyyətinin sədri, 07 sentyabr 2023-cü il tarixdən Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər kafedrasında 0,5 ştat müəllim, 01 fevral 2024-cü il tarixdən Naxçıvan Dövlət Universiteti Elmi fəaliyyətin təşkili və təhlili şöbəsinin baş elmi işçi vəzifələrini icra edir.2017-ci ilin iyulundan Yeni Azərbaycan Partiyasının üzvüdür. Subaydır.
Elmi-tədqiqat sahəsi: Beynəlxalq münasibətlər sistemində yeni dünya nizamı: yeni problemlər və çağırışlar (5901.01-Beynəlxalq münasibətlər, siyasi elmlər)
Məruzə ilə iştirak etdiyi konfranslar:
1. Naxçıvan Dövlət Universiteti – Magistrantların XII Regional Elmi konfransı, “Xəzər dənizinin hüquqi statusu: Xəzərin enerji resursları və nəqli problemləri” mövzusunda məqalə, 31 may 2021-ci il
2. Naxçıvan Müəllimlər İnstitutu – “Təhsil, tədqiqat və innovasiyanın vəhdəti” mövzusunda IV Respublika elmi konfransı, “Naxçıvan Muxtar Respublikasında alternativ enerji mənbələrindən istifadə” mövzusunda məqalə, 29 aprel 2022-ci il
3. Naxçıvan Dövlət Universiteti – “Azərbaycan fəlsəfi fikir tarixinə müasir baxış” mövzusunda Respublika elmi konfransı, “44 günlük Vətən savaşı və Qarabağ probleminin həlli dünya düzəninə Azərbaycan Respublikasının əvəzsiz töhfəsi kimi” mövzusunda məqalə, 21 iyun 2023-cü il
4. Sakarya Universiteti – Uluslararsı Gençlik Araştırmaları Sempozyumu, “Öğrencilerin Bilimsel Aktivite İlgilerinin Araştırılması: Nahçıvan Devlet Üniversitesi Öğrenci Bilim Topluluğu Örneği Üzerinde” mövzusunda tezis, 14-15 oktyabr 2022-ci il
5. Azərbaycan Tibb Universiteti – Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş Azərbaycan tibb tələbələri, gənc alimlər və həkimlərin beynəlxalq konqresi, “Heydər Əliyevin Azərbaycan elminin inkişafında rolu” mövzusunda məqalə, 13-14 aprel 2023-cü il
6. Qaradəniz Texnik Universiteti – 6. Siyaset Bilimi ve Uluslararası İlişkiler Kongresi, “Postpandemic, International Relations and Security Triangle” mövzusunda tezis, 18-21 oktyabr 2023-cü il
Təşkilatçısı olduğu konfranslar:
1. 29-30 sentyabr 2021-ci il tarixlərində Türkiyənin Qars şəhərində Azərbaycanın Qarsdakı Baş Konsulluğu, Naxçıvan Dövlət Universiteti və Qars Qafqaz Universiteti tərəfindən birgə təşkil olunan “Qars müqaviləsinin tarixi əhəmiyyəti” mövzusunda birgə keçirilən beynəlxalq konfransın təşkilatçılarından
2. 18-21 iyun 2022-ci il tarixlərində Naxçıvan Dövlət Universitetində keçirilən “I Beynəlxalq Tibbi Forum”un təşkilat komitəsinin üzvü
3. 13-14 aprel 2023-cü il tarixlərində Azərbaycan Tibb Universitetində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş Azərbaycan tibb tələbələri, gənc alimlər və həkimlərin beynəlxalq konqresinin təşkilat komitəsinin üzvü
4. 26-27 may 2023-cü il tarixlərində Naxçıvan Dövlət Universitetində keçirilən “I Beynəlxalq İpək Yolu” konfransının təşkilat komitəsinin üzvü
5. 21 iyun 2023-cü il tarixində Naxçıvan Dövlət Universitetində “Azərbaycan fəlsəfi fikir tarixinə müasir baxış” mövzusunda keçirilən Respublika elmi konfransının təşkilat komitəsinin üzvü
6. 26-27 sentyabr 2023-cü il tarixlərində İğdır Universitetində keçirilən “II Beynəlxalq İpək Yolu” konfransının təşkilat komitəsinin üzvü
Qalib olduğu nominasiyalar:
1. Əlaçı tələbə (2019, Naxçıvan Muxtar Respublikasının Gənclər Fondu, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi)
2. Fəal gənc (2020, Naxçıvan Muxtar Respublikasının Gənclər Fondu, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi)
Fəxri adlar:
1. İlin peşəkar gənci (2021, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası İcraiyyə Komitəsi)
2. İlin magistrantı (2022, Naxçıvan Dövlət Universiteti)
İstehsalat təcrübəsi:
1. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsi – 08 aprel – 31 may 2019-cu il (fərqlənmə sertifikatı)
2. Naxçıvan Muxtar Respublikasının Dövlət Miqrasiya Xidməti – 12 noyabr – 27 dekabr 2019-cu il (şəhadətnamə)
Beynəlxalq təlim və kurs sertifikatları:
1. ABŞ-ın Azərbaycandakı Səfirliyi tərəfindən maliyyələşdirilən “Azərbaycanda Tədqiqat Potensialının Gücləndirilməsi” layihəsi çərçivəsində ADA Universitetinin təşkilatçılığı ilə keçirilən “Ali Təhsil Müəssisəsində Elmi-Tədqiqat İşlərinin Gücləndirilməsi Yolları” təlimi, may 2022
2. Beynəlxalq TEFL Təlim İnstitutu 3 günlük beynəlxalq müəllimlik sertifikasiya kursu sertifikatı, 25 fevral 2023-cü il
Rəhbəri olduğu layihələr:
1. Muxtar Respublikada ilk dəfə “Elm və innovasiya düşərgəsi” layihəsi
2. “Kitablar və filmlər” layihəsi
3. Muxtar Respublikada ilk dəfə “Naxçıvan Muxtar Respublikasının Ali təhsil müəssisələrinin tələbələri arasında I Regional məntiq olimpiadası” layihəsi
Kompüter biliyi:
Windows, IOS, Android, Office 365: Əla
Xarici dil məlumatları:
Azərbaycan dili: Ana dili
İngiliscə: Yaxşı
Türkcə: Yaxşı
Rusca: Orta