Yaqubova Nazlı Rəşid qızı

 

Yaqubova Nazlı Rəşid qızı

nazliyaqubova92@gmail.com

 

Yaqubova Nazlı Rəşid qızı 15 fevral  1992-ci ildə Culfa rayon Culfa şəhərində anadan olub. 1998-ci ildə Culfa rayon Yaycı kənd 1 saylı tam orta məktəbində təhsilə başlayıb. 2009-cu ildə həmin məktəbi fərqlənmə ilə bitirib.  2009- cu ildə Naxçıvan Dövlət Universitetinin Beynəlxalq Münasibətlər ixtisasına qəbul olub. 2013-cü ildə həmin ixtisası bitirib. 2014- cü ildə Naxçıvan Dövlət Universitetinin Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisasına qəbul olub. 2019 – cu ildə həmin ixtisası fərqlənmə diplomu  ilə bitirib. 2019-cu ildə Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər və diplomatiya ixtisası üzrə magistraturaya qəbul olub. 2021-ci ildə həmin ixtisası fərqlənmə diplomu ilə bitirib. 2021-ci ildə Naxçıvan Dövlət Universitetinin  Siyasi elmlər istiqaməti üzrə qiyabi dissertantursına qəbul olub. 2014-2017- illərdə Babək rayonu Təhsil şöbəsinin  Uşaq  yaradıcılıq mərkəzində müəllim vəzifəsində işləyib. 2017-2018-ci illərdə  “ İstedad  XXI  əsr    kurslarında Azərbaycan dili və ədəbiyyat müəllimi vəzifəsində  işləyib. 2018- ci ildən “ Naxçıvan ” Universitetinin  “Beynəlxalq münasibətlər”  kafedrasında müəllim vəzifəsində işləyir. 2021- ci ildən Naxçıvan Dövlət Universitetinin “ Beynəlxalq Münasibətlər ”  kafedrasında 0,5 ştat müəllim vəzifəsində  işləyir. “İkinci Qarabağ müharibəsindən sonra Cənubi Qafqazda yaranmış yeni geosiyasi reallıqlar və Azərbaycanın müasir beynəlxalq münasibətlər sistemində yeri” mövzusunda dissertasiya işini yazmaqdadır. Üç  elmi məqalə və iki tədris proqramı müəllifidir