Mən Salmanova (Mənsumova) Könül Muxtər qızı 1972-ci il noyabr ayının 16-da Naxçıvan şəhərində anadan olmuşam. 1978-ci ildən 1983-cü ilədək atamın işi ilə əlaqədar Almaniya Demokratik Respublikasına köçmüşük. 1980-ci ildən 1983-cü ilədək ADR Torqau şəhərində üçüncü sinifə qədər təhsil almışam. 1984-cü ildə Naxçıvan şəhər A.S.Puşkin adına 3 saylı orta məktəbin dördüncü sinfinə gedib və 1990-cı ildə həmin məktəbi bitirmişəm.
1990-cı ildən 2005-ci ilədək Naxçıvan Dövlət Universitetinin Tədris şöbəsində çalışmışam. 1995-ci ildə Naxçıvan Dövlət Universitetinin Pedaqoji fakültəsinin İbtidai təhsilin pedaqogikası və metodikası ixtisasına qəbul olunmuşam və 1999-cu ildə həmin ixtisası bitirmişəm. 2000-ci ildə Naxçıvan Dövlət Universitetinin Magistratura şöbəsinin “Pedaqogika nəzəriyyəsi və tarixi” ixtisasını müvəffəqiyyətlə bitirmişəm. 2005-ci ildən isə Sosial idarəetmə və hüquq fakültəsinin Fəlsəfə və politologiya kafedrasında baş laborant vəzifəsində çalışmışam. 2015-ci ildən Fəlsəfə və sosial iş kafedrasına müəllim vəzifəsinə keçmişəm. 2009-cu ildən Naxçıvan Dövlət Universitetinin dissertantıyam və “Şəxsiyyətin fəaliyyətində dəyərlər seçiminin rolu” mövzusunda yazdığım dissertasiya işini yekunlaşdırmışam.
Dərc olunmuş еlmi və tədris-metodiki işlərimin siyahısı
№ | Əsərlərin adı | Nəşr olunmuş mənbə, diplom, müəllimlik şəhadətnaməsi va ya nömrəsi |
1. | Şəxsiyyətin sosial-fəlsəfi təhlili | Naxçıvan Dövlət Universiteti. Elmi əsərlər. İctimai elmlər seriyası 2 (47), Naxçıvan, “Qeyrət”,2012 |
2. | Tədris prosesində İKT-nin tətbiqi və şəxsiyyətin informasiya mədəniyyətinin formalaşdırılması | Naxçıvan Müəllimlər İnstitutu. Heydər Əliyev 90. Müasir təlim metodları və yeni pedaqoji texnologiyaların təlim-tərbiyə prosesində tətbiqi. Respublika kofrans materialları (03 may 2013). “Məktəb” nəş., NMİ-2013 |
3. | Sosial fəlsəfədə şəxsiyyətin formalaşmasında mədəniyyətin rolu | Naxçıvan Dövlət Universiteti. Regional inkişaf və böyük mədəniyyət: mənşə, harmoniya və tipologiya məsələləri. Beynəlxalq konfrans.NDU, “Qeyrət” nəşriyyatı, 2013 |
4. |
Informasiya cəmiyyəti və şəxsiyyətin informasiya mədəniyyətinin formalaşdırılması | Naxçıvan Dövlət Universiteti. Elmi əsərlər. Fizika-riyaziyyat və texnika elmləri seriyası, №3 (59), NDU, “Qeyrət” nəşriyyatı, 2014 |
5. |
N.Tusi yaradıcılığında şəxsiyyətin formalaşmasında əxlaq və tərbiyənin rolu haqqında | Naxçıvan Dövlət Universiteti. Şərqin böyük dahisi Nəsirəddin Tusi. Beynəlxalq konfrans,( 20-21 noyabr 2015). NDU, “Qeyrət” nəşriyyatı, 2015 |
6.
|
Sağlam ailə-sağlam cəmiyyət | Naxçıvan Dövlət Universiteti. “Elmi əsərlər”. İctimai elmlər seriyası, № 6 (71). NDU, “Qeyrət” nəşriyyatı, 2015 |
7. | Fəaliyyət anlayışının sosial-fəlsəfi mahiyyəti | Naxçıvan Dövlət Universiteti. “Elmi əsərlər”. İctimai elmlər seriyası, №5 (79). NDU, “Qeyrət” nəşriyyatı, 2016 |
8. | Dəyərlər və dəyər oriyentasiyası dünyagörüşün mühüm tərkib hissəsidir | Naxçıvan Dövlət Universiteti. “Elmi əsərlər”. İctimai elmlər seriyası, №2 (83). NDU, “Qeyrət” nəşriyyatı, 2017 |
9. | Şəxsiyyətin fəaliyyəti və dəyərlər seçimi | Naxçıvan Dövlət Universiteti. “Elmi əsərlər”. Humanitar elmlər seriyası, №5 (86). NDU, “Qeyrət” nəşriyyatı, 2017
|
10. | Təbiət və cəmiyyətin qarşılıqlı vəhdəti | Bakı Dövlət Universiteti. Ekologiya və torpaqşünaslıq faküktəsi. Akademik Həsən Əliyevin 110 illik yubileyinə həsr olunmuş “Ekologiya: təbiət və cəmiyyət problemləri” mövzusunda III Beynəlxalq elmi konfransın materialları 26-27 dekabr. “Bakı Universiteti Nəşriyyatı”, 2017 |
11. | İnsanın dünyaya münasibətində dəyərlər seşiminin rolu | Naxçıvan Dövlət Universiteti. “Elmi əsərlər”. İctimai elmlər seriyası, №2 (91). NDU, “Qeyrət” nəşriyyatı, 2018 |
12. | Выбор ценностей и обуславливающие его факторы. | Нацiональний педагогiчний унiверситет iменi М.П.Драгоманова. ВГО Украiньска академiя наук Видавництво «Гiлея». Гiлея Науковий вiсник збiрник наукових праць. İсторичнi науки. Фiлософскi науки. Полiтичнi науки. Випуск 129 (№2) Киiв-2018 |
13. | Ekologiya və mənəviyyat | Naxçıvan Dövlət Universiteti. “Elmi əsərlər”. Humanitar elmlər seriyası, №1 (90). NDU, “Qeyrət” nəşriyyatı, 2018 |
14. | Müasir şəxsiyyətin fəaliyyətinin dünyagörüşü yönümü və dəyərlər seçimində yeniləşmələr | Naxçıvan Dövlət Universiteti. “Elmi əsərlər”. Humanitar elmlər seriyası, №5 (94). NDU, “Qeyrət” nəşriyyatı, 2018 |
15. | Fəaliyyət – sosial fəlsəfənin kateqoriyası kimi | Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə İnstitutu Elmi əsərlər. Beynəlxalq elmi-nəzəri jurnal. №1 (30). Bakı-2018 |
16. | Vətəndaş cəmiyyəti və hüquqi dövlətdə dünyagörüşü şəxsiyyətin fəaliyyətinin istiqamətini müəyyənləşdirən amil kimi | Naxçıvan Dövlət Universiteti. Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyinə həsr olunmuş respublika elmi konfransının materialları. NDU, “Qeyrət” nəşriyyatı, 2019 |
17. | Azərbaycan-Türkiyə siyasi münasibətlərində müasir mərhələdə Naxçıvanın yeri və rolu | |
18. | Sosial ekologiya (Proqram) | Naxçıvan Dövlət Universiteti |