Məmmədova Günel Ənvər qızı 1988-ci ildə Almaniya Respublikasının Potsdam şəhərində anadan olmuşdur.
2006-2010-cu illərdə NDU-nun Xarici dillər fakültəsinin Xarici dil (Alman dili) ixtisasını bitirmişdir. 2010-2013-cü illərdə NDU-nun “Pedaqogika nəzəriyyəsi və tarixi” ixtisasının magistr səviyyəsini bitirmişdir.
2016-2020-ci illərdə NDU-nun dissertantı olmuşdur.
2010-2023-cü illərdə NDU-nun “Qeyrət” nəşriyyatında aparıcı redaktor vəzifəsində çalışmışdır.
6 oktyabr 2023-cü il tarixdən “Roman-german dilləri” kafedrasında laborant vəzifəsində çalışır.
Ailəlidir, 2 övladı var