Axtarış

AZ EN

Fəlsəfə doktoru proqramı üzrə təhsilalanların nəzərinə!

06.10.2026 12:06 20
Fəlsəfə doktoru proqramı üzrə təhsilalanların nəzərinə!

    25-26 noyabr 2026-cı il tarixlərində “İxtisas” fənnindən doktorluq və “Əlavə” imtahanların keçirilməsi nəzərdə tutulub. İmtahanda iştirak etmək istəyən doktorant və dissertantlardan aşağıdakı sənədləri təqdim etməklə Magistratura və doktorantura mərkəzinə müraciət etməsi xahiş olunur:

1.   Namizədin müraciət ərizəsi;

2.   Elmi rəhbərdən imtahanda iştirak üçün razılıq rəyi;

3.   Dissertasiyaya aid 20 sualın kafedra iclasında təsdiq olunmasına dair iclas protokolundan çıxarış.

Ərizələrin qəbulu üçün son tarix 30 oktyabr 2026-cı il saat 18:00-a qədərdir.

Kənar müəssisələrin doktorant və dissertantları yuxarıda qeyd olunan sənədlərlə yanaşı, doktorant və ya dissertantı olduqları müəssisənin məktubunu təqdim edərək imtahanda iştirak edə bilərlər. Sənədlərin yalnız əsli qəbul olunur.

İxtisaslar üçün komissiyalar İmtahan komissiyasına verilmiş tələblər əsasında yaradılacaq. Şərtlərə uyğun komissiya yaradılması mümkün olmadıqda doktorant və dissertant müvafiq müdafiə şurasında ixtisas imtahanı verə bilər.

Əlavə məlumat üçün əlaqə: Naxçıvan Dövlət Universiteti Magistratura və doktorantura mərkəzi

E-mail: tabrizabaghirova@ndu.edu.az

Tel: (+994 36) 544 08 61 (daxili 3303)

Paylaş: