Naxçıvan Dövlət Universitetində “Orqanik və dayanıqlı kənd təsərrüfatı: Ekoloji tarazlıq və dayanıqlı inkişaf” II Respublika Elmi Konfransı işini bölmə iclasları ilə davam etdirib
29.10.2026
09:47
40
Hibrid formatda təşkil olunan konfrans üç zalda, 11 bölmə üzrə və dörd əsas elmi istiqaməti əhatə edib. Tədbirdə 170 tədqiqatçı iştirak edib. Onlardan 118-i əyani, 52-si isə onlayn formatda qoşulub.
Ümumilikdə, 97 elmi məruzə dinlənilib. Məruzələrin 75-i əyani, 22-si isə onlayn bölmə iclaslarında təqdim olunub. Elmi çıxışlarda dayanıqlı bitkiçilik və bitki mühafizəsi, biomüxtəlifliyin qorunması, ekosistemlərin davamlı idarə olunması, orqanik əkinçilik, heyvandarlıq və arıçılıqda müasir yanaşmalar, kənd təsərrüfatında çirkləndiricilərin monitorinqi və ekoloji təhlükəsizlik məsələləri müzakirə edilib.
Sonda konfrans iştirakçılarına sertifikatlar təqdim olunub.