Axtarış

AZ EN

Naxçıvan Dövlət Universitetinin Beynəlxalq İmtahanlar və Təlim Mərkəzində imtahanlar davam edir

12.09.2026 14:06 8
Naxçıvan Dövlət Universitetinin Beynəlxalq İmtahanlar və Təlim Mərkəzində imtahanlar davam edir

Naxçıvan Dövlət Universitetində SAT imtahanlarının təşkili uğurla davam etdirilir. 12 sentyabr 2026-cı il tarixində növbəti SAT imtahanı keçirilib.


İmtahanda Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərinin şagirdləri ilə yanaşı, Azərbaycanın müxtəlif şəhər və rayonlarından olan iştirakçılar da öz bilik və bacarıqlarını sınayıblar. İmtahan beynəlxalq standartlara uyğun şəkildə təşkil olunub və iştirakçılar üçün şəffaf, təhlükəsiz imtahan mühiti təmin edilib.


Qeyd edək ki, Naxçıvan Dövlət Universitetində növbəti SAT imtahanı 03 oktyabr 2026-cı il tarixində keçiriləcək.

Paylaş: