Axtarış

AZ EN

NDU-da dərs vəsaitinin təqdimatı keçirilib

07.10.2026 17:52 30
NDU-da dərs vəsaitinin təqdimatı keçirilib

Naxçıvan Dövlət Universitetində “Çağırışaqədərki hazırlıq və mülki müdafiə” kafedrasının dosenti Oktay Rzayevin müəllifi olduğu “Fövqəladə halların nəticələrinin aradan qaldırılması və idarə edilməsi” adlı dərs vəsaitinin təqdimatı keçirilib.


Tədbirdə Elmi Kitabxananın direktoru, filologiya elmləri üzrə fəlsəfə doktoru, dosent Xumar Məmmədova, Pedaqoji fakültənin dekanı, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Vəli Əliyev, “Çağırışaqədərki hazırlıq və mülki müdafiə” kafedrasının müdiri, dosent Valeh Əlixanov və “Məşqçilik” kafedrasının professoru, pedaqogika üzrə fəlsəfə doktoru Məmmədəli Rəhimov çıxış edərək nəşrin elmi-praktiki əhəmiyyətindən danışıblar.


Bildirilib ki, dərs vəsaitində təbii və texnogen fövqəladə hallar, zəlzələlər, mülki müdafiə sistemində rabitə və xəbərdarlığın təşkili, xilasetmə işləri, fövqəladə halların nəticələrinin aradan qaldırılması və bərpa tədbirləri, kimyəvi, radioloji və bioloji təhlükələrdən mühafizə, sanitariya və tibbi yardım məsələləri əhatə olunub. Nəşrdə Naxçıvan Muxtar Respublikasında zəlzələlərin makroseysmik təsiri və ərazi üzrə paylanmasına dair məlumatlara da yer verilib.


Təqdimatda müəllifin oğlu Həbib Rzayev atasının səkkizinci kitabının nəşr olunmasından qürur duyduğunu bildirib və ona uğurlar arzulayıb. Müəllif Oktay Rzayev göstərilən diqqət və qayğıya görə təşəkkürünü ifadə edib.



Paylaş: