Axtarış

AZ EN

NDU-da növbəti IELTS imtahanı keçirilib

03.09.2026 14:29 4
NDU-da növbəti IELTS imtahanı keçirilib

1-2 sentyabr tarixlərində Naxçıvan Dövlət Universiteti nəzdində fəaliyyət göstərən IELTS Qeydiyyat və İmtahan Mərkəzində kompüter əsaslı akademik IELTS imtahanı təşkil olunub. İki gün davam edən imtahanda universitetin müəllimləri, Türkiyədə təhsil alan tələbələr və şagirdlərdən ibarət ümumilikdə 16 nəfər iştirak edib.


İmtahanın ilk günü iştirakçıların dinləmə, oxu və yazı bacarıqları, ikinci gün isə danışıq bacarıqları qiymətləndirilib. Bütün mərhələlərdə imtahan suallarının hazırlanması, təşkili və qiymətləndirilməsi Britaniya Şurası tərəfindən həyata keçirilib.


2022-ci ildən fəaliyyət göstərən mərkəz Azərbaycanda ali təhsil müəssisələri arasında ilk dəfə Naxçıvan Dövlət Universitetində yaradılıb. Mərkəz ingilis dili biliklərinin beynəlxalq meyarlara uyğun qiymətləndirilməsini təmin etməklə yanaşı, iştirakçıları qlobal səviyyədə tanınan sertifikatlarla təmin edir. 


Qeyd edək ki, NDU-nun IELTS Qeydiyyat və İmtahan Mərkəzində beynəlxalq imtahanlar tələbata uyğun olaraq iki-üç aydan bir keçirilir. Növbəti IELTS imtahanı noyabr ayında baş tutacaq.


Badəm Əliyeva

NDU Media və ictimaiyyətlə əlaqələr şöbəsi

Paylaş: