Axtarış

AZ EN

NDU-da qızlar arasında voleybol yarışına start verilib

22.10.2026 00:05 44
NDU-da qızlar arasında voleybol yarışına start verilib

Naxçıvan Dövlət Universitetində birinci kurs tələbələri arasında idmanın müxtəlif növləri üzrə keçirilən ənənəvi seçmə yarışlar çərçivəsində qızlar arasında voleybol yarışına bu gün start verilib.


Yarışda universitetin müxtəlif fakültələrini, o cümlədən NDU nəzdində fəaliyyət göstərən Tibb Kollecini təmsil edən 11 komanda iştirak edir. Olimpiya sistemi üzrə təşkil olunan yarışda komandalar növbəti mərhələyə vəsiqə uğrunda mübarizə aparırlar.


Yarışın birinci mərhələsində 5 komandanın oyunu keçirilib. Sabah baş tutacaq ikinci mərhələdə isə 6 komanda meydana çıxaraq mübarizəni davam etdirəcək.


Qeyd edək ki, universitetdə təşkil olunan idman yarışları tələbələrin fiziki fəallığının artırılması, sağlam həyat tərzinin təşviqi və tələbə gənclər arasında idmana marağın gücləndirilməsi baxımından əhəmiyyət daşıyır.

Paylaş: