Axtarış

AZ EN

Müəllim seçim kriteriyaları

Naxçıvan Dövlət Universiteti Erasmus+ ICM proqramı və ikitərəfli əməkdaşlıqlar çərçivəsində mübadilə prosedurları ilə bağlı müraciət edən təhsilalanlar üçün Tələbə təlimatı

"TƏSDİQ EDİRƏM" Naxçıvan Dövlət Universitetinin rektoru
__________________ E.S.İsayev
“30” yanvar 2024-cü il

Mübadilədə iştirak edəcək tələbələrin
namizədlik və seçim kriteriyaları və
Seçki komissiyasının tərkibi

Naxçıvan 2024

1. Müraciət Prosesi

  • Doldurulmuş ərizə forması
  • CV (Europass)
  • Akademik Transkript
  • Motivasiya məktubu
  • Xarici pasport (varsa) (mövcud olmaması qiymətləndirmə prosesinə təsir göstərmir)

Bütün sənədlər doldurulur və elana cavab verilməklə göndərilir.

2. Seçim və Qiymətləndirmə Prosesi

Müraciət prosesi uğurla tamamlanan namizədlərə müsahibəyə dəvətlə bağlı e-poçt göndərilir.

➢ Müsahibə mərhələsi
  • Tələbələr e-poçta cavab verməklə iştiraklarını təsdiqləyir.
  • Tələbələr müsahibə üçün vaxt aralığını Google Doodle formasından seçməlidir (1 mövcud yer yalnız bir tələbə üçün).
  • Müsahibələr 15-20 dəqiqə davam edir.
  • Müsahibələr Beynəlxalq Əlaqələr Şöbəsi tərəfindən götürülür.
  • Müsahibə Beynəlxalq Əlaqələr üzrə prorektor, Beynəlxalq əlaqələr şöbəsinin müdiri, Tədris şöbəsinin müdiri, Keyfiyyət Təminatı şöbəsinin müdiri və namizədin tələbəsi olduğu fakültənin dekanından ibarət komissiya tərəfindən keçirilir.
  • Müsahibə meyarları: tələbələrin özünüifadə qabiliyyəti, nitq qabiliyyəti, vətənpərvərlik, tolerantlıq, dünyagörüşü, tarix bilikləri, xarici dil bilikləri, Erasmus+ proqramı haqqında ümumi məlumatlılıq və ev sahibi universitet haqqında biliklərin yoxlanılması.
➢ Qiymətləndirmə Mərhələsi
  • Ümumi müsahibə qiyməti komissiya üzvlərinin fərdi qiymətləndirilməsinə əsasən orta hesabla hesablanacaq.
  • Akademik göstəricilər ümumi balın 40%-ni təşkil edəcək. (Transkriptlə dəqiqləşdiriləcək) Müraciət üçün keçərli minimum bal 80-dir.
  • Sosial göstəricilər ümumi balın 40%-ni təşkil edəcək (CV-yə və TGT ilə əməkdaşlığa uyğunluğu nəzərə alaraq qiymətləndiriləcək).
  • Müsahibə nəticələri ümumi balın 20%-ni təşkil edəcək.
  • Daha sonra yuxarıdan aşağıya (top to bottom) qiymətlər əsasında reytinq siyahısı hazırlanacaq. Nəticədə, daha yüksək reytinqli tələbələr (mobillik üçün mövcud olan yerləri nəzərə alaraq) haqq qazanmış olacaqlar.
40% Akademik göstəricilər
40% Sosial göstəricilər
20% Müsahibə nəticələri

Mobilliyə hazırlıq

Ümumi tələb olunan sənədlər

Seçim mərhələsi tamamlandıqdan və nəticələr elan olunduqdan sonra aşağıdakı sənədlər hazırlanmalıdır:

  • Namizədlik məktubu – Beynəlxalq Əlaqələr Şöbəsi tərəfindən təqdim olunacaq.
  • Ərizə forması – Beynəlxalq Əlaqələr Şöbəsi tərəfindən yoxlanılacaq, tələbə və Şöbə tərəfindən imzalanacaq.
  • Dil sertifikatı – Namizəd tərəfindən təqdim olunacaq.
  • Pasport – Xarici pasportun surəti tələb olunur. Əgər mövcud deyilsə və ya onun etibarlılıq müddəti bitibsə, tələbə mobillik üçün seçildiyi andan etibarən pasport üçün müraciət etməlidir.
  • Tədris müqaviləsi (Learning Agreement - LA)
  • Dəvət məktubu – İmzalanmış və möhürlənmiş LA göndərildikdən sonra dəvət məktubu qəbul edən universitet tərəfindən göndəriləcək.
  • Qrant Müqaviləsi – İmzalanmış və möhürlənmiş LA göndərildikdən sonra qrant müqaviləsi qəbul edən universitet tərəfindən göndəriləcək.

➢ Tədris Müqaviləsi (LA)

  • İlk öncə, tələbələr qəbul etdikləri universitet üçün xüsusi LA şablon forması ilə təmin olunurlar.
  • Tələbələr LA-in ilkin ümumi məlumatın tələb olunan bölmələrini diqqətlə doldurmalıdırlar (tələbə haqqında, göndərən və qəbul edən qurumlar).
  • Mobillikdən əvvəl tələbələr “Qəbul edən qurumun Təhsil Proqramı” və “Göndərən müəssisədə tanınma” bölmələrindən ibarət hissəni doldurmalıdırlar.
  • Bunun üçün tələbələr proqnozlaşdırılan semestr üçün qəbul edən universitetin müvafiq proqramından mobillik üçün müvafiq kursları seçməlidirlər. Tələbələr bu məlumatları qəbul edən universitetin veb səhifəsindən əldə edə bilərlər.
  • Bu bölmələr lazımi qaydada doldurulduqdan sonra LA-nın “Öhdəlik” hissəsi doldurulur, tələbənin özü və Beynəlxalq əlaqələr şöbəsinin müdiri tərəfindən imzalanır.
  • Bu proseduru tamamlamaq və lazımi qaydada imzalanmış LA almaq üçün maksimum son tarix tələbə mobillik üçün seçildikdən 1 həftə sonra olacaqdır.

➢ Viza Proseduru

  • Viza proseduru tələbə mobillik üçün seçilən kimi başlamalıdır.
  • Tələbə ölkənin müvafiq səfirliyi ilə əlaqə saxlamalıdır.

Xarici İşlər Nazirliyinin internet səhifəsindən uyğun əlaqə məlumatlarını tapa bilərsiniz:

http://www.mfa.gov.az/az

  • Viza üçün tələb olunan sənədləri siyahıya almalı və hazırlamalıdırlar.

  Naxçıvan Dövlət Universitetinin əməkdaşlıq etdiyi ali təhsil müəssisələrində olan ixtisas ekvivalentliyi   

Ətraflı Bax