Tələbə Həmkarlar İttifaqı Komitəsinin nəzdində fəaliyyət göstərən Voleybol Klubu, tələbələr arasında sağlam həyat tərzini təşviq etmək, idmana marağı artırmaq və universitetdə aktiv gənclik mühitini formalaşdırmaq məqsədilə yaradılmışdır. Klubun əsas hədəfi tələbələrin fiziki hazırlığını gücləndirmək, komanda ruhunu inkişaf etdirmək və asudə vaxtlarının səmərəli təşkilinə töhfə verməkdir. Burada həm qız, həm də oğlan komandaları fəaliyyət göstərir. Hər iki komanda fakültə üzrə keçirilən seçimlər nəticəsində formalaşdırılmışdır. Klub üzvləri mütəmadi şəkildə məşqlərdə iştirak edir və təcrübəli məşqçilərin rəhbərliyi altında bacarıqlarını təkmilləşdirirlər.Məşqlər zamanı oyunçulara texniki biliklərlə yanaşı, taktiki düşünmə, komanda ilə hərəkət etmə və oyun zamanı emosional sabitliyi qoruma bacarıqları aşılanır. Voleybol Klubu tələbələr arasında qarşılıqlı dəstək, dostluq və əməkdaşlıq atmosferinin formalaşmasına xidmət edir.