NDU-da birinci kurs tələbələri arasında mini futbol yarışı başa çatıb
21.10.2026
17:40
56
Naxçıvan Dövlət Universitetində birinci kurs tələbələri arasında idmanın müxtəlif növləri üzrə ənənəvi seçmə yarışlar davam edir.
13 komandanın iştirak etdiyi və dörd gün davam edən mini futbol yarışının final mərhələsi bu gün keçirilib. Həlledici qarşılaşmada Pedaqoji və İqtisadiyyat fakültələrinin komandaları üz-üzə gəlib.
Yarışın nəticələrinə əsasən, Pedaqoji fakültənin komandası birinci, İqtisadiyyat fakültəsinin komandası ikinci, Tibb fakültəsinin komandası isə üçüncü yerə layiq görülüb.
Qeyd edək ki, yarışlarda universitetin bütün fakültələrinin, eləcə də NDU nəzdində fəaliyyət göstərən Tibb Kolleci, Texniki Kollec və Musiqi Kollecinin komandaları olmaqla, ümumilikdə, 13 komanda iştirak edib.