NDU Əl-Fərabi adına Qazax Milli Universiteti ilə əməkdaşlığa başlayıb
17.09.2026
15:54
13
Naxçıvan Dövlət Universiteti ilə Əl-Fərabi adına Qazax Milli Universiteti arasında əməkdaşlıq sazişi imzalanıb.
Razılaşmaya əsasən, ali təhsil müəssisələri arasında ortaq simpozium, konfrans və tədqiqatların keçirilməsi, ikili diplom proqramlarının həyata keçirilməsi, innovativ tədris və təlim, inzibati təcrübə mübadiləsi, eləcə də təhsilalanların və akademik heyətin mübadiləsi istiqamətlərində əməkdaşlıq həyata keçiriləcək.
Əməkdaşlıq çərçivəsində qarşılıqlı maraq doğuran digər sahələr üzrə birgə fəaliyyət də nəzərdə tutulub.