Axtarış

AZ EN

NDU-nun prorektoru ali təhsil müəssisələrinin prorektorları üçün təşkil olunan təlimdə iştirak edib

20.04.2026 01:40 331
NDU-nun prorektoru ali təhsil müəssisələrinin prorektorları üçün təşkil olunan təlimdə iştirak edib

          Naxçıvan Dövlət Universitetinin Elm və innovasiyalar üzrə prorektoru Elsəvər Əsədov 15-16aprel tarixlərində Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin təşəbbüsü və təşkilatçılığı ilə İsmayıllı şəhərində ali təhsil müəssisələrinin prorektorları üçün keçirilən təlimdə olub.

​          Təlim çərçivəsində ali təhsil müəssisələrinin idarə olunması və Elmi Şuraların fəaliyyəti, tədrisin təşkili və keyfiyyət təminatı, təcrübənin təşkili istiqamətləri üzrə təqdimatlar edilib və müzakirələr aparılıb.

​          Təlim proqramının əsas məqsədi ali təhsil müəssisələrinin rəhbər şəxslərinin idarəetmə bacarıqlarının artırılması, elmi əməkdaşlıq və ali təhsilin beynəlmiləlləşməsi sahələrində səriştələrinin inkişaf etdirilməsidir. Ümumilikdə, proqram çərçivəsində 5 əsas istiqamət üzrə 40-dan artıq mövzunun təhlili nəzərdə tutulub.

​          Qeyd edək ki, təlimdə ölkənin 7 regionunu təmsil edən 19 ali təhsil müəssisəsinin prorektoru və 4 orta ixtisas təhsili müəssisəsinin direktoru iştirak edib.

 

 

Paylaş: