Axtarış

AZ EN

NDU-nun təşkilatçılığı ilə süni intellekt mövzusunda hakaton keçirilib

08.10.2026 15:39 30
NDU-nun təşkilatçılığı ilə süni intellekt mövzusunda hakaton keçirilib

Naxçıvan Dövlət Universitetinin təşkilatçılığı ilə “AI No-Code Web Challenge – Promptdan Platformaya” adlı hakaton keçirilib. Süni intellekt və müasir rəqəmsal texnologiyaların tətbiq imkanlarına həsr olunan tədbirdə iştirakçılar ideyalarını kodlaşdırmaya ehtiyac olmadan real web platformalara çevirmək imkanı əldə ediblər.


Hakaton çərçivəsində iştirakçılar No-Code və Low-Code rəqəmsal həllər, startap və biznes web sistemləri, UX/UI dizayn, süni intellekt əsaslı avtomatlaşdırılmış xidmətlər, chatbotlar, dinamik məlumat inteqrasiyası və təhlükəsiz web arxitektura istiqamətləri üzrə çalışıblar. Proses iştirakçıların ideyanın formalaşdırılmasından hazır platformanın hazırlanmasına qədər müxtəlif mərhələlər üzrə praktiki fəaliyyətini əhatə edib.


Tədbir zamanı komandalar əvvəlcə No-Code alətləri ilə işləmə prinsiplərini mənimsəyib, daha sonra prompt əsasında ideyalarını konseptə çevirərək platformaların hazırlanması və AI modullarının inteqrasiyası üzərində çalışıblar. Sonda komandaların hazırladığı layihələr təqdim olunaraq münsiflər tərəfindən qiymətləndirilib.


Yekun nəticələrə əsasən “Remedy” komandası I, “NextGEN” komandası II, “Feed” komandası isə III yerə layiq görülüb.


Hakaton iştirakçılara süni intellekt imkanlarından istifadə etməklə texnoloji ideyalarını praktik həllərə çevirmək, komanda şəklində işləmək və innovativ web məhsullar hazırlamaq baxımından imkan yaradıb.




Paylaş: