NDU rektoru “Enactus” çempionu olan komanda ilə görüşüb
Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev 2026-cı il “Enactus Azərbaycan” Milli Yarışının çempionu olan universitet komandası ilə görüşüb.
Elbrus İsayev çıxışında komandanın əldə etdiyi uğurun universitet üçün əhəmiyyətini vurğulayıb. Tələbələrin təşəbbüskarlığını və fəallığını yüksək qiymətləndirən rektor NDU komandasının yeni layihələrdə də uğur qazanacağına inandığını bildirib və onlara 16–19 noyabr tarixlərində Braziliyanın San-Paulu şəhərində keçiriləcək “Enactus” Dünya Çempionatında uğurlar arzulayıb.
Görüşün sonunda komanda üzvlərinə təşəkkürnamələr və müxtəlif hədiyyələr təqdim olunub.
Qeyd edək ki, NDU komandası 2026-cı il “Enactus Azərbaycan” Milli Yarışında çempion olaraq universitetin bu istiqamətdə 6-cı qələbəsinə imza atıb.