Axtarış

AZ EN

NDU Elmi Kitabxanasında yeni monoqrafiya təqdim olunub

07.09.2026 15:25 16
NDU Elmi Kitabxanasında yeni monoqrafiya təqdim olunub

Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanasında “Təməl tibb fənləri” kafedrasının müdiri, biologiya üzrə fəlsəfə doktoru Əzizə Hüseynovanın müəllifi olduğu “Naxçıvan MR Nepetoideae Kostel yarımfəsiləsinə daxil olan bəzi növlərin bioekoloji xüsusiyyətləri, ehtiyatı və səmərəli istifadəsi” adlı monoqrafiyanın təqdimatı keçirilib.


Tədbirdə NDU Elmi Kitabxanasının direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Xumar Məmmədova, Elmi fəaliyyətin təşkili və təhlili şöbəsinin müdiri Ənvər İbrahimov, Tibb fakültəsinin dekanı Şəfiqə Süleymanova, “Klinik fənlər və hərbi tibb” kafedrasının müdiri, tibb üzrə fəlsəfə doktoru, dosent Gültəkin Əliyeva, “Təməl tibb fənləri” kafedrasının dosenti, biologiya üzrə fəlsəfə doktoru Südabə Həsənova və digər əməkdaşlar iştirak ediblər.


Çıxışlarda monoqrafiyanın Naxçıvanın zəngin florasının öyrənilməsi, eləcə də bitki ehtiyatlarından səmərəli istifadənin elmi əsaslarının müəyyənləşdirilməsi baxımından əhəmiyyəti vurğulanıb.


Bildirilib ki, nəşrdə Naxçıvan Muxtar Respublikasının florası, Lamiaceae Martinov fəsiləsinə daxil olan bitkilərin sistematik və biomorfoloji xüsusiyyətləri, həmçinin bitki ehtiyatlarının hesablanması metodları araşdırılıb. Eyni zamanda Nepetoideae Kostel yarımfəsiləsinə aid bəzi növlərin bioekoloji və fitosenoloji xüsusiyyətləri, təbii ehtiyatları, farmakoloji potensialı və tətbiq imkanları təhlil edilib.


Sonda müəllif Əzizə Hüseynova göstərilən diqqət və dəstəyə görə minnətdarlığını bildirib.

Badəm Əliyeva

NDU Media və ictimaiyyətlə əlaqələr şöbəsi


Paylaş: