“Sülhə aparan yol: Birlik, həmrəylik və qarşılıqlı anlaşma” mövzusunda tədbir keçirilib.
21 sentyabr – Beynəlxalq Sülh Günü və Sülh Aylığı çərçivəsində Naxçıvan Dövlət Universiteti Tələbə Elmi Cəmiyyətinin xətti ilə “Beynəlxalq sülhün təmin olunması ümumbəşəri öhdəlikdir” mövzusunda tədbir keçirilib.
Tədbirin əsas məqsədi Beynəlxalq Sülh Gününün mahiyyətinin diqqətə çatdırılması, sülh və həmrəyliyin cəmiyyət üçün əhəmiyyətinin vurğulanması, gənclər arasında sülh mədəniyyətinin və qarşılıqlı anlaşma dəyərlərinin təşviq edilməsidir.
Tədbir zamanı Tələbə Elmi Cəmiyyətinin sədri Yusif Mirzəzadə 21 sentyabr – Beynəlxalq Sülh Günü, onun yaranma tarixi və beynəlxalq əhəmiyyəti barədə məlumat verib. Çıxışda sülhün yalnız münaqişələrin olmadığı vəziyyət deyil, eyni zamanda qarşılıqlı hörmət, dialoq, əməkdaşlıq və həmrəylik üzərində formalaşan mühüm ictimai dəyər olduğu qeyd edilib.
Bildirilib ki, gənclərin sülh və tolerantlıq dəyərlərinin təbliğində iştirakı cəmiyyətdə qarşılıqlı anlaşma mühitinin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu baxımdan Sülh Aylığı çərçivəsində keçirilən maarifləndirici tədbirlər gənclərin mövzu ilə bağlı məlumatlılığının artırılmasına və onların ictimai təşəbbüslərdə fəal iştirakına xidmət edir.
Tədbir çərçivəsində iştirakçılar mövzu ətrafında fikir mübadiləsi aparıb, sülhün qorunması və təşviqi istiqamətində gənclərin roluna dair fikirlər səsləndirilib.