Naxçıvan Dövlət Universiteti Erasmus+ ICM proqramı və ikitərəfli əməkdaşlıqlar çərçivəsində mübadilə prosedurları ilə bağlı müraciət edən təhsilalanlar üçün Tələbə təlimatı
"TƏSDİQ EDİRƏM"
Naxçıvan Dövlət Universitetinin rektoru
__________________ E.S.İsayev
“_30_” yanvar__2024-cü il
Mübadilədə iştirak edəcək tələbələrin
namizədlik və seçim kriteriyaları və
Seçki komissiyasının tərkibi
Naxçıvan 2024
1. Müraciət Prosesi
- Doldurulmuş ərizə forması
- CV (Europass)
- Akademik Transkript
- Motivasiya məktubu
- Xarici pasport (varsa) (mövcud olmaması qiymətləndirmə prosesinə təsir göstərmir)
Bütün sənədlər doldurululur və elana cavab verilməklə göndərilir.
2. Seçim və Qiymətləndirmə Prosesi
Müraciət prosesi uğurla tamamlanan namizədlərə müsahibəyə dəvətlə bağlı e-poçt göndərilir.
➢ Müsahibə mərhələsi
- Tələbələr e-poçta cavab verməklə iştiraklarını təsdiqləyir;
- Tələbələr müsahibə üçün vaxt aralığını Google Doodle formasından seçməlidir (1 mövcud yer yalnız bir tələbə üçün);
- Müsahibələr 15-20 dəqiqə davam edir;
- Müsahibələr Beynəlxalq Əlaqələr Şöbəsi tərəfindən götürülür;
- Müsahibə: Beynəlxalq Əlaqələr üzrə prorektor, Beynəlxalq əlaqələr şöbəsinin müdiri, Tədris şöbəsinin müdiri, Keyfiyyət Təminatı şöbəsinin müdiri və namizədin tələbəsi olduğu fakültənin dekanından ibarət komissiya tərəfindən keçirilir;
- Müsahibə meyarları: tələbələrin özünüifadə qabiliyyəti, nitq qabiliyyəti, vətənpərvərlik, tolerantlıq, dünyagörüşü, tarix bilikləri, xarici dil bilikləri, Erasmus+ proqramı haqqında ümumi məlumatlılıq, ev sahibi universitet haqqında biliklərin yoxlanılması;
➢ Qiymətləndirmə Mərhələsi
- Ümumi müsahibə qiyməti komissiya üzvlərinin fərdi qiymətləndirilməsinə əsasən orta hesabla hesablanacaq.
- Akademik göstəricilər ümumi balın 40%-ni təşkil edəcək. (Transkriptlə dəqiqləşdiriləcək) Müraciət üçün keçərli minimum bal 80-dir.
- Sosial göstəricilər ümumi balın 40%-ni təşkil edəcək (CV-yə və TGT ilə əməkdaşlığa uyğunluğu nəzərə alaraq qiymətləndiriləcək)
- Müsahibə nəticələri ümumi balın 20%-ni təşkil edəcək.
- Daha sonra yuxarıdan aşağıya (top to bottom) qiymətlər əsasında reytinq siyahısı hazırlanacaq. Nəticədə, daha yüksək reytinqli tələbələr (mobillik üçün mövcud olan yerləri nəzərə alaraq) haqq qazanmış olacaqlar.
40%
Akademik göstəricilər
40%
Sosial göstəricilər
20%
Müsahibə nəticələri
Ø Mobilliyə hazırlıq
Ümumi tələb olunan sənədlər
Seçim mərhələsi tamamlandıqdan və nəticələr elan olunduqdan sonra aşağıdakı sənədlər hazırlanmalıdır:
- Namizədlik məktubu (Beynəlxalq Əlaqələr Şöbəsi tərəfindən təqdim olunacaq)
- Ərizə forması (Beynəlxalq Əlaqələr Şöbəsi tərəfindən yoxlanılacaq, tələbə və Şöbə tərəfindən imzalanacaq)
- Dil sertifikatı (Namizəd tərəfindən təqdim olunacaq)
- Pasport (xarici pasportun surəti tələb olunur. Əgər mövcud deyilsə və ya onun etibarlılıq müddəti bitibsə, tələbə mobillik üçün seçildiyi andan etibarən pasport üçün müraciət etməlidir)
- Tədris müqaviləsi (Learning Agreement- LA)
- Dəvət məktubu (imzalanmış və möhürlənmiş LA göndərildikdən sonra dəvət məktubu qəbul edən universitet tərəfindən göndəriləcək)
- Qrant Müqaviləsi (imzalanmış və möhürlənmiş LA göndərildikdən sonra qrant müqaviləsi qəbul edən universitet tərəfindən göndəriləcək)
➢ Tədris Müqaviləsi (LA)
- İlk öncə, tələbələr qəbul etdikləri universitet üçün xüsusi LA şablon forması ilə təmin olunurlar.
- Tələbələr LA-in ilkin ümumi məlumatın tələb olunan bölmələrini diqqətlə doldurmalıdırlar (tələbə haqqında, göndərən və qəbul edən qurumlar).
- Mobillikdən əvvəl tələbələr “Qəbul edən qurumun Təhsil Proqramı” və “Göndərən müəssisədə tanınma” bölmələrindən ibarət hissəni doldurmalıdırlar.
- Bunun üçün tələbələr proqnozlaşdırılan semestr üçün qəbul edən universitetin müvafiq proqramından mobillik üçün müvafiq kursları seçməlidirlər. Tələbələr bu məlumatları qəbul edən universitetin veb səhifəsindən əldə edə bilərlər
- Bu bölmələr lazımi qaydada doldurulduqdan sonra LA-nın “Öhdəlik” hissəsi doldurulur, tələbənin özü və Beynəlxalq əlaqələr şöbəsinin müdiri tərəfindən imzalanır.
- Bu proseduru tamamlamaq və lazımi qaydada imzalanmış LA almaq üçün maksimum son tarix tələbə mobillik üçün seçildikdən 1 həftə sonra olacaqdır.
➢ Viza Proseduru
- Viza proseduru tələbə mobillik üçün seçilən kimi başlamalıdır.
- Tələbə ölkənin müvafiq səfirliyi ilə əlaqə saxlamalıdır.