Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyininn əməkdaşları Naxçıvan Dövlət Universitetində olub

Tədbirdə universitetin rektoru Elbrus İsayev, universitetin və agentliyin nümayəndələri iştirak ediblər.

 

Məzunların işlə təmin olunmasının universitetin əsas hədəflərindən biri olduğunu deyən rektor məzunların bilik və bacarıq səviyyəsinə görə ali təhsil müəssisəsinin məsuliyyət daşıdığını, onların karyera inkişafının, işə qəbul üçün zəruri bilik və bacarıqlara malik olmalarının təmin edilməsinin daim diqqətdə saxlandığını qeyd edib. Elbrus İsayev əmək bazarının tələbləri nəzərə alınmaqla mütəxəssis hazırlamağın vacibliyini qeyd edib. Rektor Dövlət Məşğulluq Agentliyi ilə keçirilən görüşün hər iki tərəf üçün faydalı olacağına əminliyini ifadə edib.

Dövlət Məşğulluq Agentliyinin Əmək bazarının təhlili departamentinin müdiri Elman Sadıqov əmək bazarının mahiyyətindən və əmək bazarında işçi qüvvəsinə olan tələblərdən bəhs edib. Məşğulluğun təmin olunmasında ən dayanıqlı alətin təhsil olduğunu deyən agentliyin əməkdaşı ixtisasla yanaşı, peşə bacarıqlarına yiyələnməyin vacibliyini diqqətə çatdırıb. Vurğulanıb ki, agentliyin qarşısında duran ən mühüm vəzifə təhsil müəssisələri ilə düzgün əməkdaşlığın formalaşdırılmasıdır. Məzunların məşğulluğunun təmin olunmasında, onların öz bilik və bacarıqları ilə əmək bazarında layiqli yer tutmalarında bugünükü görüşün mühüm əhəmiyyət daşıyacağı bildirilib.

Sonra agentliyin əməkdaşları Məzunların Məşğulluq Reytinqi, Azərbaycanda məşğul əhalinin tərkibi və qeyri-formal məşğulluqla mübarizə, Əmək bazarı və iqtisadiyyat mövzuları üzrə çıxışlar ediblər.