Naxçıvan Dövlət Universitetinin tələbələri IBM Skills Network platformasından beynəlxalq sertifikat əldə ediblər

NDU-nun Memarlıq və mühəndislik fakültəsinin tələbələri IBM Skills Network platformasındakı kurslara qoşularaq beynəlxalq sertifikatlar qazanıblar.

Tələbələr “Kibertəhlükəsizlik”, “Süni intellekt”, “Veb proqramlaşdırma”, “Verilənlər bazası”, “Data science”, “İnformasiya texnologiyaları” kurslarında iştirak ediblər.

Qeyd edək ki, Naxçıvan Dövlət Universiteti ilə IBM arasında bağlanan müqaviləyə əsasən NDU-nun tələbələri bu platformadakı kurslardan ödənişsiz yararlanırlar.