NDU Musiqi Kollecinin III kurs tələbəsinin solo konserti keçirilib

          Naxçıvan Dövlət Universitetinin Musiqi Kollecinin III kurs tələbəsi Eyyub Səfərovun Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr edilən solo konserti keçirilib.

        Qeyd edək ki, müəllimi Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi İlqar Hüseynov olan Eyyub Səfərovun solo konsertində konsertmeyster VII Respublika Müsabiqəsi laureatı Türkan Əzimova olub.

          Sonda universitetin rektoru Elbrus İsayev çıxış edərək, tarzənin ifasını yüksək qiymətləndirərək ona uğurlar arzulayıb.