Hüseyn Cəfər oğlu Əsgərli

5 iyul 1992-ci ildə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayon Keçili kəndində anadan olmuşdur. 2009-2013-cü illərdə Naxçıvan Dövlət Universitetinin Memarlıq və mühəndislik fakültəsinin İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi ixtisasının bakalavr, 2016-2018-ci illərdə isə həmin universitetin İnformasiya texnologiyaları və telekommunikasiya sistemləri ixtisasının magistratura dərəcəsini  bitirmişdir. 2012-2013-cü illərdə Naxçıvan MR Kompüter Təlim-Tədris və İnternet Mərkəzində müəllim kimi, 2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikası İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzində mühəndis-elektronçu vəzifəsində işləmişdir. 2015-2019-cu illərdə Rabitə və Yeni Texnologiyalar Nazirliyinin Efirə nəzarət və radiotezliklərin qeydiyyatı şöbəsində aparıcı məsləhətçi, 2019-2020-ci illərdə isə həmin nazirliyin Dövlət Tədbirlərinin Texniki Təminatı şöbəsinin rəisi vəzifəsində işləmişdir. Hal-hazırda Naxçıvan Dövlət Universitetində İnformasiya-Kommunikasiya Texnologiyaları və Elektron Təhsil şöbəsinin müdiri vəzifəsində çalışır.

Dərc olunmuş elmi əsərlər

  1. Texnoparklar innovasiyayönümlü və biliyə əsaslanan iqtisadiyyatın qurulmasında mühüm rol oynayır
  2. “Ağıllı kənd” və “Ağıllı şəhər” layihələrinin ölkə iqtisadiyyatına təsiri
  3. Rəqəmsal vətəndaşlıqda kibertəhlükəsizlik və internetdən təhlükəsiz istifadə
  4. Naxçıvan Dövlət Universitetində elektron təhsil şəbəkəsi
  5. Təhsilin keyfiyyətinə informasiya-kommunikasiya texnologiyalarinin təsiri