Maliyyə şöbəsi

Naxçıvan Dövlət Universitetinin  Maliyyə şöbəsi ali məktəbin yarandığı 1967-ci ildən  fəaliyyət göstərir. Maliyyə şöbəsi Naxçıvan Dövlət Universitetinin struktur şöbəsi olmaqla bilavasitə, universitetin rektoruna tabedir və müəssisənin maliyyə-təsərrüfat fəaliyyətini, uçotun təşkili və aparılmasını həyata keçirir.

Maliyyə şöbəsi fəaliyyətində Azərbaycan Respublikasının Vergi Məcəlləsini, Mühasibat Uçotu haqqında Azərbaycan Respublikasının Qanununu, Azərbaycan Respublikasının Əmək Məcəlləsini, Sosial sığorta haqqında Azərbaycan Respublikasının Qanununu, Sosial Müavinətlər haqqında Azərbaycan Respublikasının Qanununu, mühasibat Uçotuna dair digər normativ sənədləri, Naxçıvan Dövlət Universitetinin Nizamnaməsini, Naxçıvan Dövlət Universitetinin rektorunun əmrlərini və Elmi Şuranın qərarlarını və öz nizamnaməsini rəhbər tutur.

2023-cü ildə Elmi Şuranın qərarına əsasən Maliyyə şöbəsinin tabeliyində Satınalmalar bölməsi yaradılmışdır.  Bu struktur bölmələrdə işlərin operativ həlli üçün lazımi işlər aparılmaqdadır.

Maliyyə şöbəsi aşağıdakı vəzifələri yerinə yetirir:

§  Maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotunun təşkili;

§  Təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesablarında düzgün əks etdirilməsi, ona nəzarət, operativ məlumatların təqdim edilməsi, mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsi, digər şöbə və xidmət sahələri ilə birlikdə təsərrüfatdaxili ehtiyatların aşkara çıxarılması və hesabatının məlumatları üzrə Naxçıvan Dövlət Universitetinin maliyyə-təsərrüfat fəaliyyətinin iqtisadi təhlilinin həyata keçirilməsi, inventarizasiyanın aparılması;

§  Vergi orqanlarına qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vergi hesabatının təqdim edilməsi;

§  Əsas vəsaitlərin, maddi-əmtəə sərvətlərin və pul vəsaitlərinin hərəkəti ilə bağlı əməliyyatların mühasibat uçotu hesablarında vaxtında əks etdirilməsi;

§  Gəlirlərin vaxtı-vaxtında daxil olmasının təmin edilməsi;

§  Naxçıvan Dövlət Universitetinin bank hesabları üzrə aparılan maliyyə və hesablama əməliyyatlarının operativ uçotunun aparılması, maliyyə vəsaitlərin hərəkətinin uçotunun aparılması və maliyyə uçotu standartlarına uyğun olaraq maliyyə fəaliyyətinin nəticələri barədə hesabatların tərtibatı;

§  Təsərrüfat və bank əməliyyatlarının, əsas vəsaitlərin və öhdəliklərin, qeyri-material aktivlərinin, az dəyərli əşyaların, material ehtiyatların və hesab fakturaların uçotu;

§  Dövlət satınalmaları sahəsində qanunvericiliyin tələblərinə uyğun olaraq satınalmaların təşkili və keçirilməsi üzrə işlərin vahid internet portalı vasitəsilə həyata keçirilməsi, şərtlər toplusunun hazırlanmasını təmin etmək; 

Maliyyə resursları planlaşdırılarkən Strateji İnkişaf Planına (SİP) olan uyğunluq nəzərə alınır. Maliyyə və mühasibat hesabatlarının qanunvericiliyin tələblərinə uyğun tərtib olunması və aidiyyəti orqanlara təqdim olunması rüblük və illik həyata keçirilir.

1 Novruzov Vüsal Xeybər oğlu Şöbə müdiri -Baş mühasib  
2 Abbasov Həsən Saleh oğlu Aparıcı mühasib  
3 Vəliyeva Yazgül Heydər qızı Aparıcı mühasib  
4 Quluzadə Təhmasib Cəlalı oğlu Aparıcı mühasib  
5 Haqverdiyeva Tavat Vəli qızı Aparıcı mühasib  
6 Məmmədov Cəmil Mikayıl oğlu Aparıcı mühasib  
7 Təhməzbəyova Elmira Nadir qızı Mühasib  
8 Hüseynova Əfsanə Cəlil qızı Proqramçı mühasib  
9 Rəhimova Nuray Məmmədəli qızı Proqramçı mühasib