TARİX-FİLOLOGİYA FAKÜLTƏSİ

Tarix filologiya fakültəsi 1967-ci ildə yaranmışdır. Tarix-filologiya fakültəsi 1995-ci ildən Tarix, Azərbaycan dili və ədəbiyyat, hüquqşünaslıq, kitabxanaçılıq, tarix və əlavə hüquq müəllimliyi təhsil ixtisasları fəaliyyət göstərmişdir. Hüquqşünaslıq ixtisası 1998-ci ildə İqtisadiyyat və hüquq fakültəsinin tabeliyinə verilmişdir.

Fakültədə Azərbaycan dilçiliyi, Azərbaycan ədəbiyyatı, Ümumi tarix, Azərbaycan tarixi kafedraları  fəaliyyət göstərmişdir.

Fakültədə 2002-ci ildə Jurnalistika ixtisası açılmış, Jurnalistika və dünya ədəbiyyatı kafedrası yaranmışdır.

2009-cu ildə Kitabxanaçılıq kafedrası yaradılmış, 2018-ci ildə Jurnalistika və dünya ədəbiyyatı kafedrasına birləşdirilmiş, 2020-ci ildə o kafedradan ayrılmış Muzeyşünaslıq , arxiv işi və abidələrin qorunması kafedrasının tərkibinə verilmişdir.

2012-ci ildə Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması ixtisası açılmışdır.

Fakültədə “Tarix müəllimliyi”, “Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, “Tarix”, “Jurnalistika”, “Kitabxanaçılıq və informasiya”, “Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması”, “Filologiya” ixtisasları üzrə bakalavr hazırlığı həyata keçirilir.

Qiyabi şöbədə “Tarix”, “Kitabxanaçılıq və informasiya fəaliyyəti”, “Filologiya”, “Muzey, arxiv işi və abidələrin qorunması”, “Tarix”, “Filologiya” (Azərbaycan dili və ədəbiyyatı ) əlavə ali təhsil ixtisasları üzrə bakalavr hazırlıqları həyata keçirilir.

Hal-hazırda fakültədə “Azərbaycan tarixi”, “Azərbaycan dili və ədəbiyyatı”, “Ümumi tarix”, “Jurnalistika və xarici ölkələr ədəbiyyatı”, “Muzeyşünaslıq, arxiv işi və kitabxanaçılıq” kafedraları fəaliyyət göstərir.

Fakültə yarandığı gündən Fakültə Elmi Şurası yaradılmış, hazırda Elmi Şuranın sədri Arif Ağalarov, sədr müavini Qadir Əkbərov, elmi katib Abdulla Mustafayev, tərkibi 16 nəfərdən ibarətdir.

 

Fakültə dekanı:filologiya üzrə fəlsəfə doktoru, dosent Arif Mamo oğlu Ağalarov

Tədris işləri üzrə dekan müavini: tarix üzrə fəlsəfə doktoru, Qadir İsmayıl oğlu Əkbərov

Məsləhətçi professor: AMEAının müxbir üzvü, professor Hacıfəxrəddin Yəhya oğlu Səfərli

Akademik məsləhətçi (tyutor): Günay Adil qızı Ələkbərova

                                                      Aynur Bəhruz qızı Abbasova

Kompüter operatoru: Mahmudova Nahidə Paşa qızı

Fakültədə aşağıdakı ixtisaslar üzrə bakalavr hazırlığı həyata keçirilir:

ÜMUMİ TARİX KAFEDRASI

 

Tarix kafedrası 1967-ci ildə yaradılmış tarix bölməsinin əsasında formalaşmışdır.

“Ümumi tarix”  kafedrası  rektorluğun  10 sentyabr 1992-ci il tarixli 160 №li  əmri əsasında təşkil olunmuşdur.

“Ümumi  tarix”  kafedrasının professor-müəllim heyətinin tərkibi 8 nəfərdən – 5 nəfər tarix üzrə fəlsəfə doktoru, dosent, 1 nəfər tarix üzrə fəlsəfə doktoru, müəllim, 2 nəfər müəllimdən ibarətdir. Kafedranın 1 texniki heyəti var: kafedranın laborantı.

Kaferaya rəhbərlik 

Tarix kafedrası 1967-ci ildə yaradılmış tarix bölməsinin əsasında formalaşmışdır. Tarix bölməsinə 1967-ci ildən 1970-ci ilə qədər  direktor vəzifəsində işləyən  dosent Əli Əliyev rəhbərlik etmişdir. O, 1970-1973-cü illərdə isə tarix  kafedrası kimi  formalaşan kafedraya  rəhbərlik  etmişdir.

Tarix kafedrasına 1973-1984-cü illərdə tarix elmləri namizədi, dosent Ziyad Təhməzov, 19 dekabr 1984-cü ildən 20 sentyabr 1986-cı ilədək dosent Zəhmət Şahverdiyev, 1986-cı ilin sentyabr ayından 27 oktyabr 1992-ci ilə qədər tarix elmləri namizədi Mirhəşim Seyidov rəhbərlik etmişdir.

 Tarix  kafedrası  rektorluğun  10 sentyabr 1992-ci il tarixli 160 №li  əmri Azərbaycan tarixi və Ümumi tarix  kafedralarına ayrılmışdır.

27 oktyabr 1992-ci ildən 18 dekabr 1997-ci ilə qədər dosent Həmzə Cəfərov, 18 dekabr 1997-ci ildən may 2008-ci ilə qədər tarix elmləri namizədi, dosent İsmayıl Zeynalov rəhbərlik etmişlər. 2008-ci ildən 2018-ci il iyun ayınadək dosent Kəngərli İlqar İsmayıl oğlu kafedraya rəhbərlik etmişdir.

İyun 2018-ci ildən 27 noyabr 2023-cü ilədək tarix üzrə fəlsəfə doktoru, dosent Cabbarlı Ələkbər Həsən oğlu kafedraya rəhbərlik etmişdir.

27 noyabr 2023-cü il tarixdən dosent Bağırov Rəsul Bəşirəli oğlu kafedraya rəhbərlik edir.

Kafedra müdiri: tarix üzrə fəlsəfə doktoru, dosent Rəsul Bəşirəli oğlu Bağırov

Kafedranın professor-müəllim heyəti:

Jurnalistika və xarici ölkələr ədəbiyyatı” kafedrası 

 “Jurnalistika və xarici ölkələr ədəbiyyatı” kafedrası ali təhsilin bakalavriat pilləsində, Jurnalistika ixtisası üzrə kadr hazırlayan kafedradır.

 Universitetdə “Jurnalistika” ixtisası 2001-ci ildən fəaliyyət göstərir. Kafedra 2002-ci ildə “Jurnalistika və dünya ədəbiyyatı” kafedrası adı ilə təşkil olunmuşdur. 2018-ci ildən  “Jurnalistika və kitbxanaçılıq”, 2020-ci ilin sentyabrından isə “Jurnalistika və xarici ölkələr ədəbiyyatı  kafedrası adı ilə regionda ali təhsilli jurnalist mütəxəssislərin yetişdirilməsində mühüm rol oynayır. Kafedraya 2001-2006-cı illərdə dos.İ.Cəfərov, 2006-2013-cü illərdə dos. S.Surə və 2013-cü ildən bu günədək filologiya üzrə fəlsəfə doktoru, dosent Şəhla Şirəliyeva  rəhbərlik edir. Bölmənin ilk buraxılışı  2005-ci ildə olmuşdur.

Bölmənin professor-müəllim heyətinin tərkibi 7 nəfərdən ibarətdir. 

Kafedra müdiri: filologiya üzrə fəlsəfə doktoru, dosent Şəhla Kifayət qızı Şirəliyeva 

Kafedranın professor-müəllim heyəti:

“Muzeyşünaslıq, arxiv işi və kitabxanaçılıq” kafedrası

            KAFEDRANIN TARİXİ 

Naxçıvan  Dövlət Universitetinin nəzdində “Muzeyşünaslıq, arxiv işi və kitabxanaçılıq “ kafedrası 2012-ci ildə yaradılmışdır. Hazırda kafedranın 11 əməkdaşı vardır. Bunlardan 1 nəfəri elmlər doktoru, 5 nəfəri fəlsəfə doktoru, 1 nəfəri Naxçıvan Muxtar Respublikasının əməkdar müəllimi, 2 nəfər müəllim və 1 nəfər laborantdır.

 

KAFEDRAYA RƏHBƏRLİK

 

Naxçıvan  Dövlət Universitetinin rektorunun əmri ilə tarix üzrə fəlsəfə doktoru Əliyev Məmməd Həsən oğlu 2012-cı ilin sentyabr   ayından etibarən kafedraya ictimai əsaslarla müdir təyin edilmişdir.  2015-ci ildən etibarən isə tam ştat kafedra müdiri təyin edilmiş və hal-hazırda kafedraya rəhbərlik edir.