Beynəlxalq münasibətlər və hüquq

Fakültə haqqında

Beynəlxalq münasibətlər və hüquq fakültəsi 2003-cü ildə yaradılan Sosial idarəetmə və hüquq fakültəsinin bazasında 2020-ci ilin 15 mayında Universitet Elmi Şurasının qərarı ilə yaradılmışdır.

Fakültədə 4 kafedra “Beynəlxalq münasibətlər”, “Xüsusi hüquq ”, “Ümumi hüquq” “Fəlsəfə və Sosial iş” fəaliyyət göstərir. Fakültədə 49 əməkdaş çalışır, onlardan 2 nəfər professor,5 nəfər elmlər doktoru,dosent ,8 nəfər isə fəlsəfə doktoru dosentdir. Fakültənin ilk dekanı (2003-2018) dos.Qərib Vəli oğlu Allahverdiyev olmuşdur. 04 dekabr 2020-ci il tarixdə isə fəlsəfə elmləri doktoru,dosent Hüseynov Yusif Hüseyn oğlu dekan vəzifəsinə seçilmişdir. Fakültənin fəaliyyət göstərdiyi müddət ərzində dekan müavinləri Y.Hüseynov(2003-2009), A.Əhmədov(2009-2016), B.Cəfərov(2017-2018), N.Rəhimov(2018-2020) olmuşdur. 2021-ci ildən dekan müavini A.Əhmədovdur.

Fakültədə aşağıdakı ixtisaslar üzrə mütəxəssis hazırlanır.:

  • Hüquqşünaslıq
  • Beynəlxalq münasibətlər
  • Sosial iş
  • Fəlsəfə
  • Dövlət və ictimai münasibətlər
  • Regionşünaslıq
  • İnternational relations

Fakültədə Diplomatiya mərkəzi, Diplomatiya kabinəsi, Kriminalistika və Məhkəmə ekspertizası kabinələri fəaliyyət göstərir.

Fakültədə ali orqan sayılan Fakültə Elmi Şurasının hər ayda 1 dəfədən az olmayaraq iclası keçirilir. Şura iclaslarında ilin əvvəlində tutulmuş və təsdiq olunmuş plan əsasında tədris, elm, təlim və tərbiyə proseslərini əhatə edən ən aktual məsələlər müzakirə edilərək qərarlar çıxarılır.

Fakültə dekanı: fəlsəfə  elmləri doktoru ,dosent  Yusif Hüseyn oğlu Hüseynov

Tədris işləri üzrə dekan müavini: fəlsəfə üzrə fəlsəfə doktoru Əhmədov Abbas Heydər oğlu

Akademik məsləhətçi: İsmayılova Gülnar İqbal qızı

Akademik məsləhətçi:Rəhimli Əkrəm Cəfərəli oğlu

Kompüter operatoru:İbrahimova Mina Şirzad qızı

 

 

KAFEDRALAR

Fakültə tərkibində aşağıdakı kafedralar fəaliyyət göstərir:

 “Beynəlxalq münasibətlər” kafedrası


Kafedranın professor-müəllim heyəti:

 

Xüsusi hüquq kafedrası

1996-cı ilin yayında ümummilli lider Heydər Əliyevin təşəbbüsü sayəsində NDU-da hüquqşünaslıq  ixtisası açıldı. Həmin il hüquqşünaslıq ixtisasında əyani  və qiyabi şöbələrə cəmi 50 nəfər tələbə qəbul olundu. 1997 -ci ildən  etibarən ölkənin  hüquq-mühafizə  orqanlarında və digər idarəetmə strukturlarında çalışan  kadırların ali hüquq təhsili almasına şərait yaratmaq məqsədilə fakültəninin qiyabi şöbəsində  əlavə ali təhsilə cəlb edilməklə  hüquqşünaslıq ixtisası üzrə kadr hazırlığına   başlandı.  Artıq 2000-ci ildə NDU- nun ilk hüquqşünas məzunları həyata vəsiqə aldılar.

Həmin  illərdə  universitet rəhbərliyinin  yaxından dəstəyi sayəsində  hüquqşünaslıq ixtisasınin  tədris strukturları  formalaşdı. İlk illərdə  Hüquqşünaslıq ixtisası tarix-filologiya fakultəsinin  tərkibində idi. 1998- ci ildə hüquqşünaslıq ixtisasında  təhsilin səviyyəsini yüksəltmək, onun təşkilini daha da yaxşılaşdırmaq məqsədi ilə bu ixtisas tarix fakultəsindən alındı və iqtisad fakultəsi ilə birləşdirildi. Beləliklə, 1999-cu ilin  fevralında dosent Ağarza  Rüstəmovun  dekan olduğu ıqtisad – hüquq fakultəsi təşkil olundu. Bir neçə il sonra  istər tələbə kontingentinin sayı və maddi-texniki bazanın möhkəmlənməsi universitet rəhbərliyinə imkan verdi ki, müstəqil hüquqşünaslıq fakultəsini  təşkil etsin. 2003- 2004- cü dərs ilindən dosent Qərib Allahverdiyevin  dekan seçildiyi müstəqil “Sosial idarəetmə və hüquq”  fakultəsi yarandı.

Fakültə nəzdində fəaliyyət göstərən “hüquq fənləri” kafedrasının ilk müdiri hüquq elmləri namizədi Fəxrəddin Nağıyev oldu. 2001-ci ilin  mayından onu bu vəzifədə təcrübəli hüquqşünas, hüquq elmlər namizədi Nəcəf Orucov əvəz etdi.  2004- cü ilin may ayından isə kafedra müdirliyinə dosent Şükür Məmmədov seçilmişdir.8 iyun 2016-cı ildə Kafedra müdiri vəzifəsinə hüquq üzrə fəlsəfə  doktoru,dosent Qəhraman Novruz oğlu Behbudov seçilmişdir. 21 fevral 2022-ci ildə hüquq üzrə fəlsəfə  doktoru,dosent  Qəhraman Novruz oğlu Behbudov ikinci dəfə bu vəzifəyə seçilmişdir.

02 Sentyabr 2024-cü il tarixdə Hüquq fənləri Kafedrası Xüsusi və ümumi hüquq olmaqla iki kafedraya ayrılmışdır. Qəhraman Novruz oğlu Behbudov xüsusi hüquq kafedrasının müdiri olaraq qalmışdır.

Xüsusi hüquq Kafedrasının professor-müəllim heyəti:

 Ümumi hüquq kafedrası

14 noyabr 2024-cü il tarixdə dosent Cəfərli Elman Yusif oğlu Ümumi hüquq kafedrasının kafedra müdiri əvəzi olaraq təyin edilmişdir.

 Ümumi hüquq Kafedrasının professor-müəllim heyəti:

 

Fəlsəfə və Sosial iş kafedrası

Respublikamızda məqsədə uyğun şəkildə həyata keçirilən sosial iqtisadi siyasət nəticəsində yüksək inkişafa nail olunmuş əhalinin maddi rifah halı xeyli yaxşılaşmış, yoxsulluğun səviyyəsi minimuma enmişdir. Azərbaycan Respublikası inkişaf etmiş ölkələrə yaxınlaşmaqdadır. Göstərilənlərin əldə edilməsi bilavasitə təhsillə bağlıdır. Ümummilli lider H.Əliyevin dediyi kimi təhsil hər bir ölkənin gələcəyidir.

Son illərdə respublikamızda qəbul edilmiş təhsillə bağlı dövlət sənədlərində aparılacaq islahatlarla yanaşı bu islahatların konkret məqsədini göstərən. 15 iyun 1999-cu ildə ümummilli lider H.Əliyevin 168 saylı sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının təhsil sahəsində islahat proqramı”nda eləcə də ,Azərbaycan Respublikası Konstitusiyasında, Təhsil Qanunda təsbit olunmuş tələbləri, sosial, iqtisadi və sosial həyatının demokratikləşməsinə əsaslanan dövlət siyasətini həyata keçirməkdən ibarətdir.

Kafedranın tarixi

Fəlsəfə kafedrası 1972-ci ildə yaranmış və müxtəlif adlar altında fəaliyyət göstərib. Kafedra  fakültəmizdə və Üniversitetin digər   fakültələrində  Fəlsəfə,sosial iş,sosiologiya,məntiq ,multikulturalizmə giriş fənlərinin tədrisi ilə məşğuldur.

Hal-hazırda Fəlsəfə  və sosial iş kafedrası adlanan bu kafedrada 4 fəlsəfə elmləri doktoru,(onlardan biri professor,üçü dosent), 2 fəlsəfə üzrə fəlsəfə doktoru,3 baş müəllim,8 müəllim və 1 laborant fəaliyyət göstərir.

Fəlsəfə və sosial iş  kafedrasının professor-müəllim heyəti Universitetin və Naxçıvan Muxtar  Respublikasının ictimai həyatında fəal iştirak edir.

Kafedranın professor-müəllim heyəti:

ELMİ ŞURA

Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər və hüquq fakültəsinin elmi şura üzvlərinin tərkibi

Soyadı,adı və ata adı

Vəzifəsi

1.

Hüseynov Yusif Hüseyn o.

Fəlsəfə üzrə elmlər doktoru, dosent, sədr

2.

Əhmədov Abbas Heydər o.

Dekan müavini, dosent, sədr müavini

3.

Rəhimli Əkrəm Cəfər o.

Akademik məsləhətçi, katib

4.

Babayev Bağır Həmid o.

Fəlsəfə və sosial iş kafedrasının müdir, Fəlsəfə üzrə fəlsəfə doktoru, üzv

5.

Behbudov Qəhrəman Novruz  o.

Xüsusi hüquq kafedrasının müdiri, hüquq üzrə fəlsəfə.dosent, üzv

6.

Məmmədov Şamxal Şükür o.

Beynəlxalq münasibətlər kafedrasının müdiri, Tarix üzrə fəlsəfə., üzv

7.

Allahverdiyev Qərib Vəli o.

Fəlsəfə üzrə elmlər doktoru, dosent, üzv

8.

Rzayev Məmməd Hüseyn o.

Fəlsəfə və sosial işin təşkili kafedrasının Fəlsəfə üzrə elmlər doktoru.professor

9.

Cəfərli Elman Yusif o.

Ümumi hüquq kafedrasının müdir əvəzi , Tarix üzrə fəlsəfə doktoru,dosent., üzv

10.

Məmmədov Şükür Aloş o.

Ümumi hüquq kafedrasının dosenti, Tarix üzrə fəlsəfə doktoru üzv

11.

Abdullayev Arzu Kamal o.

Beynəlxalq münasibətlər kafedrasının dosenti Tarix üzrə fəlsəfə doktoru, üzv

12.

Abbasov Elman Nəriman o.

Xüsusi hüquq kafedrasının baş müəllimi,üzv

13.

Həsənli Aytən  Anar q.

Fakültə tələbə elmi cəmiyyətinin nümayəndəsi, üzv

14.

İsmayıllı Gəray Rəşad o.

Fakültə tələbə həmkarlar təşkilatının nümayəndəsi, üzv

15.

Rəhmanlı Emil Habil o.

Fakültə tələbə gənclər təşkilatının nümayəndəsi, üzv